!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həccdə dünyasını dəyişən azərbaycanlı zəvvar Məkkədə dəfn olunacaq-Foto

!Reklam – Yazi

92311179b70b3dd1fc765eaad85caa1fHəcc ziyarətində dünyasını dəyişən azərbaycanlı zəvvar sabah Məkkədə dəfn olunacaq.

Bu barədə sentyabrın 25-də Məkkədə dünyasını dəyişən zəvvar, 1957-ci il təvəllüdlü Kəklik Aslanovanın həyat yoldaşı Elçin Aslanov məlumat verib. E. Aslanov bildirib ki, Kəklik Aslanovanın təzyiqi qəflətən aşağı düşüb və həkimlərin səyi nəticə verməyib: “Bədəni dözmədi, komaya düşdü. Əvvəlcə çalışdıq özümüz ayıldaq, ayılmadı. Sonra təcili yardımla xəstəxanaya apardıq. Orda baxıb analiz elədilər, dedilər qanda sidik turşusu artıb, o da böyrəklərə təsir edib. Böyrəklərin fəaliyyəti zəifləyib və o, koma vəziyyətinə düşüb”.

E. Aslanov onu da əlavə edib ki, K. Aslanova sentyabrın 27-də elə müqəddəs torpaqda dəfn olunacaq. Orada mərhum zəvvarın 3 və 7 mərasimləri təşkil ediləcək.

APA Kəklik Aslanovanın Həcc ziyarəti zamanı çəkilmiş fotolarını da əldə edib.

Qeyd edək ki, bu il Həcc zamanı iki azərbaycanlı dünyasını dəyişib.

 

www.yenicag.az

1084
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv