“Hədəf Kursları”ndan Gənclər Günü ilə bağlı orijinal layihə – FOTO

“Hədəf Kursları”ndan Gənclər Günü ilə bağlı orijinal layihə – FOTO

Müəllif: Redaktor

Baş Redaktor

“Hədəf Kursları” Gənclər Günü münasibətilə orijinal layihəyə imza atıb. Belə ki, 15 gənc “Sosial işçi” (Məktəblinin dostu) vakansiyası üzrə işə qəbul ediliblər.

150-dən çox namizəd arasından seçilən gənclərbir aylıq təcrübə müddətində gənclər yerdəyişmə ilə günün birinci yarısı müxtəlif mövzularda təlimlərə cəlb ediləcəklər. Günün ikinci yarısı isə Hədəf Kurslarının filiallarında təcrübə keçəcəklər.

Layihənin ideya müəllifi “Hədəf Kursları” MMC-nin həmtəsisçisi, f.ü.f.d.dos., Şəmil Sadiq “Sosial işçi” proqramına seçilən gənclərin milli-mənəvi dəyərlərə sadiqliyi, sosial fəaliyyətləri, yaradıcı, yeniliyə açıq olması, komanda şəklində işləmə bacarığı, intellekti nəzərə alınaraq seçim aparıldığını qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclər siyasətinə biz də öz növbəmizdə dəstək olmaq üçün “Sosial işçi” layihəsini həyata keçirməyə qərar verdik. Layihə çərçivəsində xüsusi işçi qrupu tərəfindən 4 ayrı qrupda müsahibə aparıldı. Əsas məqsədimiz gənclərin iş yerləri ilə təmin olunmasıdır. Layihə ərzində gənclər abituriyentin hazırlıq proqramı və tədrislə tanış olacaq, təhkim olunduqları filialda sosial yönümlü nə kimi işlər görülə biləcəyini müəyyənləşdirəcəklər”.

Yenicag.az

Foto Qalereya:

Xəbərlər, 3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti