Həkimi avtomobil vuraraq öldürdü – Bakıda

Müəllif: Redaktor

Editor

hekimBakıda tibb işçisini avtomobil vuraraq öldürüb.

“Report”un xəbərinə görə, hadisə Bakı Dairəvi yolunun Yasamal rayonunun ərazisinə düşən hissəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 39 yaşlı Orucov Teyyub Məmməd oğlunu naməlum markalı avtomobil vurub və ərazidən uzaqlaşıb. T.Orucov isə hadisə yerində dünyasını dəyişib.

Sürücünün tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, T.Orucov “Akkord” şirkətlər qrupunda tibb məntəqəsində həkim kimi fəaliyyət göstərib.

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır