Həkimlərin öldürdüyü 3 yaşlı qızın atası: “Qoy hamı bu cəlladları tanısın”

Müəllif: Baş Redaktor

Baş Redaktor
yenicag.az---rXəbər verdiyimiz kimi, Sumqayıt şəhərində fəaliyyət göstərən “Real Sağlamlıq Klinikası”nda 3 yaşlı Qurbanlı Arzu Sənan qızı burun-boğaz əməliyyatı sonrası dünyasını dəyişib.

 Arzunun atası qızının ölümündə günahkar olan həkimlərin şəkillərini göndərib.
O, açıqlamasında bunları deyib:
“Paylaşın ki, hamı bu cəlladları tanısın. Başqa adamlar mənim kimi bala dərdi görməsin.
Qızımın ölümündə iştirak edən möhtəşəm üçlükdən ikisi bu şəkildədir. Ortadakını tanımıram. Birinci “Real” tibb mərkəzinin baş həkimidir. Orada uşaq pis olan vaxt mən qışqırdım, mənə deyirdi ki, sən bilirsən mən kiməm? Kimin adamıyam? Yox, bilmirəm kimsən, kimin adamısan. Amma öldürdüyün mənim qızımdır. Üçüncü isə uşağa narkoz verən İsmayıl həkimdir. Allah sizin başınıza mənim başıma gələni gətirsin”./big.az
 

Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır