yenicag.az

Həlak olan polislərimiz dəfn edilir – Foto

Həlak olan polislərimiz dəfn edilir – Foto

Müəllif: Redaktor

Editor

12299894_1220168131343908_59990403_oÖtən gün Nardaranda baş verən silahlı insident zamanı həlak olan polis əməkdaşları Nəsibov Vüqar Eyyub oğlu və Tağıyev İsmayıl Rəsul oğlunun II Fəxri Xiyabanda dəfn mərasimi keçirilir.

II Fəxri Xiyabanda təhlükəsizlik tədbirləri gücləndirilib. Ərazidə çoxlu sayda polis əməkdaşları var.

Dəfn mərasimində daxili işlər naziri, general-polkovnik Ramil Usubov başda olmaqla nazirliyin yüksək rütbəli şəxslərinin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. 2 polis əməkdaşı həlak olub. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. Fakt üzrə Baş Prokurorluq tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır(Azvision).

Cəmiyyət, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti