!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hələbdən qaçan əhali Türkiyəyə sığınır

!Reklam – Yazi

helebƏsəd rejiminin nəzarətinə keçən Hələbdən çıxan əhali Türkiyəyə üz tutur.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Hələbi tərk edərək Türkiyəyə gələn minlərlə qaçqını sərhəddə İnsan Hüquq və Azadlıqları (İHH) Humanitar Yardım Fondunun mobil qrupları qarşıalayırlar. Rusiya, İran və Əsəd rejiminin hərbi qüvvələri tərəfindən Hələbdə törədilən qırğınlar dalğasında Türkiyənin vasitəçiliyi ilə əldə olunan atəşkəs sayəsində şəhərdən dinc əhalinin çıxarılması davam edir. İHH-dən verilən məlumata görə, artıq Hələbdən çıxarılan 4 min qaçqın 5 qrupa bölünərək Türkiyəyə yola salınıb və 6-cı qrupun göndərilməsi istiqamətində işlər görülür. İHH Qızılay və AFAD qurumları ilə birlikdə Hələbli qaçqınların yerləşdirilməsi üçün Türkiyə-Suriya sərhəddindəki İdlib ərazisində 80 min nəfərlik çadır şəhərciyinin inşasına başlayıb.
İHH rəhbəri Bülent Yıldırım bölgəyə gələrək, görülən işlərin icrasına birbaşa nəzarət edir.

Yeniçağ.Az

www.yenicag.az

557
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv