!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hələbin kimin nəzarətinə keçməsindən asılı olmayaraq döyüşlər səngiməyəcək” – Politoloq

!Reklam – Yazi

1026264602Hələb və Palmirada yeni mərhələ

Suriyada baş verən hadisələr dünyanın diqqət mərkəzindədir.

Ölkənin müxtəlif istiqamətlərində gedən döyüşlər məsələyə birmənalı yanaşmamağı tələb edir. Hələb faktiki olaraq, süqut etdi. Bundan sonra hansı hadisələrin şahidi olacağıq?

Məsələyə münasibət bildirən “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu deyib ki, Suriyada baş verən proseslər Hələbin iqtidar qüvvələrinin nəzarətinə keçməsi, Palmiranın isə bundan bur gün əvvəl təkrar İŞİD tərəfindən tutulması, əl-Babda isə Türkiyənin dəstəyi ilə Azad Suriya Ordusunun müvəffəqiyyət qazanması ilə yeni mərhələyə qədəm qoydu:

Vüqar Zifəroğlu ile ilgili görsel sonucu“Birmənalı şəkildə vurğulamaq lazımdır ki, tərəflərdən heç biri hazırki dönəmdə, rəqiblərinin əldə etdikləri üstünlüklərlə barışmayacaq və növbəti mərhələdə yeni və ciddi toqquşmaların şahidi olacağıq.

Hələb – Suriyada maraqları toqquşan qüvvələrin hər biri üçün son dərəcə ciddi əhəmiyyətə malik strateji məntəqədir. Düşünmürəm ki, bu şəhərin iqtidar qüvvələrinin nəzarətinə keçməsi ilə bundan sonra Hələb haqqında yeni və fəqrli xəbərlər eşidəcəyik. Hələbin Rusiya və İranın hərbi dəstəyi ilə iqtidar qüvvələrinin nəzarətinə keçməsindən bir gün əvvəl Palmiranın İŞİD tərəfindən təkrar geri götürülməsi, buna əyani sübutdur”.

V. Zifəroğlu deyib ki, hazırda Suriyadakı qarşıdurma yeni fazaya daxil olur. Bu mərhələdə, Hələb kimi ciddi strateji məntəqəni ələ keçirən iqtidar qüvvələri; bunda Əsəd rejiminə tam olaraq dəstək verən, eyni zamanda İraqda Mosul üzərinə edilən hücumlarda yerli iqtidarla tam əlbir şəkildə fəaliyyət göstərərək ətrafında formalaşdırdığı şiə hilalı ilə mövqelərini gücləndirən İran; Hələblə birlikdə müxalifətin nəzarətində olan digər önəmli məntəqə olan İdlibi ələ keçirməklə Suriyanın şimalında Lazkiyə, İdlib və Hələb üzərində üç bölgədən formalaşan dəhlizi nəzarət altına almağı planlaşdıran Rusiya; Hələb itkisi ilə razılaşmayan və hazırki dönəm üçün Rakkanı əsas hədəf kimi elan etsə də, mərkəzdə möhkəmləndikdən sonrə şərqə doğru getməyi planlaşdıran və bunun üçün də kürd qruplaşmaları ilə müştərək hərəkət edən ABŞ (Qərb); Fəratın sol sahilini özü üçün prioritet elan edən və Suriya münaqişəsinin bu mərhələsində əsas hədəf olaraq əl-Babın nəzarətə götürülməsini qarşısına məqsəd qoyan və buna nail olan Türkiyə var.

Hazırda belə bir görüntü yaranır ki, İraqda İranın, Suriyada isə həm İranın, həm də Rusiyanın dəstəklədiyi iqtidar qüvvələri Mosul və Hələb istiqamətində uğurlar əldə etməklə əslində, böyük üstünlük əldə etməkdədirlər. Amma Palmiranın əldən getməsi, eləcə də son dərəcə ciddi strateji əhəmiyyətə malik Afrin-Menbic yolunun və önəmli məntəqə olan əl-Babın Türkiyənin dəstəyi ilə müxalif qüvvələrin nəzarətinə keçməsi, əslində, proseslərin heç də ilkin göründüyü qədər sadə getmədiyindən xəbər verir.

Təbii ki, ABŞ strateji əhəmiyyətə malik şəhərin İran və Rusiyanın dəstəklədiyi qüvvələrin nəzarətinə keçməsi ilə barışmayacaq. Palmiranın təkrar İŞİD-in nəzarətinə keçməsi buna əyani sübutdur. Qərbin Suriyanın mərkəzi istiqamətində İŞİD üzərində təzyiqlərini müəyyən qədər azaltması bəs edər ki, bu qüvvə təkrar toparlana bilsin və həm mərkəz, həm də şimal istiqamətlərində Əsəd koalisiyasına ciddi problemlər yaratsın. Palmira buna əyani sübutdur.

Palmira Suriyanın mərkəzində, İŞİD-in nəzarətindəki şərq bölgələrinə, ən əsası da İŞİD-in özünə paytaxt elan etdiyi Raqqaya gedən yolun üstündədir. Palmiranın alınması, İran və Rusiyanın da dəstəklədiyi Əsəd qüvvələrinin Rakka üzərinə hucumunu ciddi şəkildə əngəlləməklə yanaşı, ABŞ-Kürd koalisiyasının manevr imkanlarını da artırmış olur. Türk birlikləri isə ASO ilə birgə hazırda daha çox şimalda – əl-Bab istiqamətində möhkəmlənməkdə davam etməkdədirlər və əməliyyatın son mərhələsi kimi cənubda olan Tadif və Aran qəsəbələrini götürməyi hədəfləyirlər. Eyni zamanda türk ordusu həm Suriyanın, həm də İraqın şimalında kürd-separatçı dəstələrinə zərbələr endirməkdədir. Bu səbəbdən də Suriyanın mərkəzində və şərqində baş verənlər hələ ki, onları az maraqlandırır.
Göründüyü kimi, proseslər heç də Hələbin hansısa qüvvənin nəzarətinə keçməsi ilə səngiməyəcək, əksinə, yeni və ciddi dəyişikliklərin şahidi ola bilərik”.

BƏXTİYAR
Yeniçağ.Az

www.yenicag.az

651
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv