!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Həmin şoku yenidən yaşayıram” – Qara Qarayev

!Reklam – Yazi

“Ümumi saysaq, layiq olmadığımız məğlubiyyəti aldıq. Möhtəşəm futbol sərgilədik. Ancaq nəticə əldə edə bilmədik. Düşünürəm ki, dünyada futbolu məhz buna görə sevirlər”.

Yenicag.az xəbər verir ki, bu sözləri millimizin futbolçu Qara Qarayev DÇ-2018-in seçmə mərhələsi çərçivsində Şimali İrlandiyaya məğlubiyyətdən (0:1) sonra söyləyib.

Qarayev məğlubiyyəti belə şərh edib: “Hər şey çatışırdı. Sadəcə, qol vura bilmədik. Necə qol buraxdığımızı hələ də anlaya bilmirəm. Vurmsaq belə, o qolu buraxmamalı idik. İtaliyanın “İnter” klubu ilə keçirdiyimiz oyundakı şoku indi yenidən yaşayıram. Elə bilirəm ki, oyun heç-heçə bitib. Belə oyunla uduzmaq yaxşı olmadı, şansızlıqlar yaşadıq. Onlar hətta oyunumuza görə taktiki dəyişiklik də etdilər. İlk hissədəki əvəzetmə zədə ilə bağlı deyildi”.

Qarayev bildirib ki, baş məşqçi Robert Prosineçki son dəqiqədə buraxdığımız qolu normal qarşılayıb: “Baş məşqçimiz də futbolçu olub, son dəqiqədə buraxdığımız qolu normal qarşıladı. Ümid edirik ki, növbəti oyunlarda belə olmaz. Bu kollektivlə, azarkeşlərlə gələcəkdə böyük işlər görəcəyik”.

Emin

Yenicag.az

www.yenicag.az

1135
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv