www.sinerjipro.net

SinerjiProWide
Reklam

Xəbər vermişdik ki, Azərbaycan Həndbol Federasiyasında rəhbər dəyişikliyindən sonra komandaya legionerlər və yeni məşqçilər cəlb oluna bilər.

Keçmiş prezident Heydər Babayevi əvəzləyən “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov qurum daxilində qapalı iclas keçirib.

Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, yeni rəhbər iclasda heyətin qarşısına xüsusi tələblər qoyub. Saleh Məmmədov göstəriş verib ki, həndbolun inkişafı üçün klublarla da əlaqə yaradılsın.
Artıq klubların tərkibində həndbol komandalarının olması üçün danışıqlara da başlanılıb. Bunun üçün həm federasiyadan, həm də Gənclər və İdman Nazirliyindən maliyyə yardımı gözlənilir.
Yeni rəhbər bildirib ki, bu, ölkə çempionatına da yaxşı təsir edə bilər.

Bundan əlavə milli komandaya cəlb olunacaq əcnəbi idmançı və məşqçilərin Norveç və Polşadan gətirilməsi gözlənilir. Çünki hər iki ölkədə bu idman növündə böyük inkişaf var. Həndbolçular 2017-ci ildən nəticələrini dəyişmək niyyətindədirlər. Belə ki, beynəlxalq turnirlərdə xüsusi yer tutub, uğurlar qazanmaq istəyirlər.
Federasiyadan aldığımız məlumata görə, artıq bir neçə legioner idmançı ilə danışıqlara başlanılıb. Bu yeniliklər həm qadın, həm də kişi millisi üçün nəzərdə tutulub.

Qeyd edək ki, həndbolçuların yeni məkana köçürülməsi mövzusu da gündəmdədir. Ancaq bu məsələ bir az təxirə salınıb. Belə ki, Heydər Babayevin rəhbəri olduğu şirkətin tərkibində yerləşən Azərbaycan Həndbol Federasiyasının ofisi və millinin əsas məşq zalının başqa ünvana köçürülməsi üçün vaxt istənilib.

Federasiyadan onu da bildirdilər ki, ABU həndbol klubu ya fəaliyyətini dayandıracaq, ya da adı dəyişdiriləcək.
Çünki rəhbərliyin bildirdiyinə görə, yeni məkanın hazırlanması müəyyən vaxt aparacaq. Federasiyanın baş katibi, vitse-prezident Rəfiqə Şabanovanın səlahiyyətlərinə toxunulmayacaq. O, öz vəzifəsində qalıb, işini davam edəcək.

Aygün İlqarqızı

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 49
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.