“Hər bir monastr qaçqın ailəsinə yiyə durmalıdır”

“Hər bir monastr qaçqın ailəsinə yiyə durmalıdır”

Müəllif: Redaktor

Baş Redaktor

55024Roma papası Fransisk Avropanın hər bir katolik prixodunu bir qaçqın ailəsinə sığınacaq verməyə çağırıb.

Yenicag.az xəbər verir ki, papa Fransisk Vatikanın bu məsələdə nümunə göstərəcəyini deyib.

“Hər bir prixod, hər bir dini icma, hər bir monastır, hər bir sığınacaq bir qaçqın ailəsinə yiyə durmalıdır”, – deyə pontifik bildirir.

Yaxın Şərq və Şimali Afrika ölkələrindən Avropaya kəskin miqrantaxını üzündən miqrant böhranı yaranıb.

Bu il Avropa Birliyi ölkələrinə yüz minlərlə qaçqın gəlib. Yalnız keçən şənbə Münhen vağzalına 7 min nəfər gəlib.

Hazırda Balkan ölkələrindən – Yunanıstan, Makedoniya və Serbiyadan keçməklə Macarıstanın cənub sərhədlərinə yeni miqrant partiyası gəlir.

Dünya, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti