yenicag.az

“Hər birimizin amalı bundan sonra, …” – Əli Həsənov

“Hər birimizin amalı bundan sonra, …” – Əli Həsənov

Müəllif: Redaktor

Editor

asdw“Dinamik inkişaf edən, müasirləşən, mili dəyərlərə sadiq Azərbaycan bu günün reallığıdır”.

Bunu “Xəzər” TV-nin yeni binasının açılışında Azərbaycanın prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Ə. Həsənov deyib.

Ə. Həsənov qeyd edib ki, “Xəzər” TV-nin inzibati binası son illər Azərbaycanda həyata keçirilən quruculuq meyarlarına, müasir televiziyanın bütün tələblərinə cavab verir: “Bu gün Bakı şəhərini müasirləşdirən, gözəlləşdirən və dünyanın inkişaf etmiş paytaxtları ilə bir cərgəyə çıxaran genişmiqyaslı işlərin memarı prezident İlham Əliyevdir. Bizim bütün nailiyyətlərimizin əsasında ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurla davam etdirilməsi amili durur”.

Ə. Həsənov bildirib ki, televiziya milli mənəvi dəyərlərə, ailə tərbiyəsinə üstünlük verməlidir: “Televiziyaya təkcə biznes sahəsi kimi baxmaq lazım deyil, televiziya sahəsi ilə məşğul olanlar bunu nəzərə almalıdırlar. Televiziya ən nümunəvi ziyalını, məmuru ekrana çıxarmalıdır ki, xalqımızı doğru yola istiqamətləndirsin, onun obyektiv informasiyaya olan ehtiyacını ödəsin. “Xəzər” TV digər çoxsaylı televiziya kanalları ilə birgə Azərbaycanda yeni ənənə formalaşdırmalıdır. Hər birimizin amalı bundan sonra həyatımızda yaxşı nümunələri inkişaf etdirmək olmalıdır”.

Ə. Həsənov Azərbaycanda mili dəyərlərin, xalqımızın adət-ənənələrin bərqərar olduğunu vurğulayıb: “Televiziya bu ənənələrin yaşamasına öz dəyərli töhfəsini verməli, onları daha da zənginləşdirməlidir”.

Cəmiyyət, Manşet, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti