!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hər kəs son bahalaşmadan öz nəsibini alacaq” - Ekspert çörəyin qiymətindən danışdı

!Reklam – Yazi

Baş verən devalvasiyadan sonra ölkəyə gətirilən taxıl əlavə dəyər vergisindən azad edildi. Bundan sonra çorək və un məmulatlarının qiymətində stabillik özünü göstərdi. Lakin yenidən unun qiyməti 8,2 faiz bahalaşdı. Hazırda 50 kq-lıq 1 kisə unun qiyməti 26 manat 15 qəpiyə təklif edilir, halbuki əvvəllər bu qiymət 24 manat idi. Unun qiymətinin artırılması çörək və digər un məmulatlarının istehlak qiymətlərinə təsir edəcəkmi?

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan iqtisadçı Rəşad Həsənov deyib ki, unun istehlak qiymətinin qalxması vergilərin artırılması hesabına baş verməyib:

Rəşad Həsənov ile ilgili görsel sonucu“Qiymət artımının əsas səbəbi bu gün Azərbaycanda insanların istifadəsi üçün nəzərdə tutulan taxılın idxal mənşəli olmasıdır. Ölkəmiz təxminən il ərzində taxıl təlabatının 50 faizə qədərini idxal edir. İdxal olunan taxılın 95 faizi məhz insan tələbatı, yəni un üçün nəzərdə tutulan taxıldır. Bu baxımdan unun qiymətinin artımı normaldır. Çünki bu idxal məhsulu olduğu üçün hər gün müşahidə edirik ki, xarici valyutanın dəyəri Azərbaycan manatı ilə münasibətdə daha da yüksəlir. Təbii ki, ABŞ dolları ilə alınan məhsulların qiymətlərində artımlar baş verəcəkdir. Bu istiqamətdə hansısa formada subsidiyalar verilməsi, yaxud da əlavə güzəştlərin tətbiqi və çörəyin qiymətinin qalxmaması ilə bağlı digər addımların atılması hökumətin səlahiyyətində olan işdir. Əgər hökumətin növbəti dövrlər üçün qiymət artımının qarşısının alınması ilə bağlı addımlar atılacaqsa, bu zaman istehsalçılar üçün əlavə güzəştlərin tətbiqi ilə bağlı mexanizmlər hazırlanacaqdır. Amma bir məsələ də var ki, idxal mənşəli taxılın ölkədə istifadə olunması məhz hər növbəti gün qiymət artımına gətirib çıxaracaqdır. Ola bilsin ki, sabit mexanizmlə çörəyin qiymətini tənzimləmək mümkün olmasın. Bu, artıq gələcəkdə məlum olacaq”.

R.Həsənovun sözlərinə görə, bu gün müşahidə edilən odur ki, istehsalçı çörəyin qiymətini artıra bilmirsə, məcburən çəkisini azaldır:

“İstehsalçının bununla bağlı ciddi bir öhdəliyi yoxdur. Çünki bu, özəl sektordur və bu sahədə maya dəyəri üzərində formalaşmış qiymət siyasəti həyata keçirməlidir. Ən yaxşı halda çörək istehsalçısı fəaliyyətini dayandırmalıdır. Bu isə daha pisdir. Çünki nəticə etibarı ilə bu hal işsizliyə və çörək qıtlığına səbəb ola bilər. Ona görə də çörək istehsalçısı zərər etmədən fəaliyyətini davam etdirməlidir. Təbii ki, çörək istehsalçısı administrativ və ictimai-psixoloji təzyiq olmasın deyə, çörəyin çəkisini azaltmaqla işinə davam edəcəkdir. Nəticədə, çörək istehlakçıları son bahalaşmadan öz nəsibini alacaq”.

 

BƏXTİYAR
Yeniçağ.az

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv