www.sinerjipro.net

SinerjiProWide
Reklam

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyi birgə təmizləmə əməliyyatı keçirib.

Yenicag.az ANAMA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 88 ədəd partlamamış hərbi sursat (PHS), 83 ədəd partlamış-yanmış mərmi qalıqları və 982 kg yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 1 114350 kvadrat metr ərazi yoxlanılıb.

Ümumiyyətlə, 53 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 14 ferma ərazisinə, 41 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə, 1 rabitə qovşağına, 1 telestudiya ərazisinə, 2 kənd qəbiristanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 13 342 ədəd partlamamış hərbi sursat (PHS), 5 596 ədəd partlamış-yanmış sursat qalıqları və 49 305 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 52 835 608 kv.m (5 284 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 621
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."