İslam inqilabının 38-ci ildönümü münasibətilə İranda təntənəli bayram tədbirləri başlayıb.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, paytaxt Tehran şəhərində yerli vaxtla səhər saat 09:00-da yerli və xarici qonaqların iştirakı ilə tədbirlərin rəsmi açılış mərasimi keçirilib.

Paytaxt Tehran şəhərinin müxtəlif xiyabanlarından vətəndaşlar Azadlıq meydanına tərəf axın edib. Onlar “İstiqlal!”, “Azadlıq!”, “İslam Cümhuriyyəti!”, “Amerikaya ölüm!”, “İsrailə ölüm!” və s. şüarlar səsləndirib, əllərində Donald Trampın müsəlmanlara və İrana qarşı siyasətini pisləyən plakatlar daşıyıblar.

Eyni vaxtda İranın 1000 şəhər və qəsəbəsində, eləcə də 4 min kəndində bayram mərasimləri və yürüşlər başlayıb.

İran prezidenti Həsən Ruhani Tehranın Azadlıq meydanına toplaşan yürüş iştirakçıları qarşısında çıxış edib. O bildirib ki, islam inqilabı İran tarixində önəmli dönüş nöqtəsidir: “İslam inqilabı İranı əcnəbilərə və Amerikaya bağlılıqdan qurtardı, xalqın taleyi öz əlinə keçdi”.

H. Ruhani ABŞ-ın İran xalqının hüquqlarını pozduğunu və mal varlıqlarını qəsb etdiyini vurğulayıb. O, ötən həftələr ərzində Amerika ilə bağlı Haaqa məhkəməsinə şikayət verdiklərini söyləyib.

H. Ruhani çıxışında İranın əldə etdiyi uğurlardan danışaraq deyib ki, ötən il İranın qeyri-neft ixracatı 900 milyon dollar artıb: “Bu il də qeyri-neft ixracatında artım gözlənilir. Ötən 3 il müddətində İran büdcəsinin neftdən asılılığı hər il azaldılıb”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 6
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."