Yazı İçi 468×60

963038014Azərbaycan və İran arasında imzalanmış saziş prezident Həsən Ruhani tərəfindən təsdiq olunub.

Yeniçağ.Az “APA”-ya istinadan xəbər verir ki, prezident Həsən Ruhani İran konstitusiyasının 123-cü maddəsini rəhbər tutaraq parlamentin təsdiq etdiyi qanunun icra olunması ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” sazişin icrası ölkənin Energetika Nazirliyinə həvalə edilib.

Qeyd edək ki, Azərbaycan və İran arasında imzalanmış “Xudafərin” və “Qız Qalası” Sazişi 2016-cı ilin dekabr ayının 7-də İran parlamenti tərəfindən ratifikasiya edilib və ölkənin Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiqlənib.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 17
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."