İranda keçirilən prezident seçkilərində Həsən Ruhani qələbə qazanıb.

APA-nın Tehran bürosu xəbər verir ki, ilkin nəticəyə görə, indiyədək sayılmış bülletenlərə əsasən, hazırkı prezident Həsən Ruhani 22 milyon 796 min 468 səslə öndədir.

Onun əsas rəqibi, mühafizəkarların namizədi İbrahim Rəisi 15 milyon 796 min 468 səslə ikinci yerdədir.

Digər namizədlər Mustafa Mirsəlim 455 min 211 səs, Mustafa Haşimitəba 210 min 597 səs toplaya bilib.

İranın Seçkilər Qərargahının sədri Əli Əsğər Əhmədi bildirib ki, seçkilərin nəticəsi məlumdur, lakin qanuna görə günorta saat 14.00-dək gözləmək lazımdır. Rəsmi nəticə saat 14.00-da elan olunacaq.

O deyib ki, səsvermədə seçici hüququ olanların 70 faizi iştirak edib.

İran prezidentinin birinci müavini İshaq Cahangiri əhalinin səsvermədə aktiv iştirakına və əksəriyyətin Həsən Ruhaniyə səs verməsinə görə xalqa təşəkkür edib.

***

İranın hazırkı prezidenti Həsən Ruhani bu ölkədə keçirilmiş prezident seçkilərində liderlik edir.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Xəbərdə bildirilir ki, Həsən Ruhani 37 milyon seçici səsinin hesablanmasına görə rəqiblərini qabaqlayıb. Mənbə agentliyə bildirib ki, 40 milyonluq seçki bülleteninin 37 milyonunun hesablanmasına əsasən Ruhani 21,6 milyon seçici səsi toplayıb.

Səslərin sayına görə ikinci yerdə ayətulla İbrahim Raisi qərarlaşıb. O, 14 milyon seçici səsi toplayıb.

“Hər şey başa çatdı. Ruhani qalib gəlib”– deyə mənbə agentliyə bildirib. O, həmçinin qeyd edib ki, hələlik təxminən 4 milyona yaxın səs hesablanmayıb.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 8
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."