Korrupsiya ilə mübarizə mexanizmi – Sıfır korrupsiya, sıfır bürokratiya – VİDEO

Müəllif: Redaktor

Editor

ilham11aprel2005-ci ildən bu yana Azərbaycanda korrupsiya ilə mübarizəyə dair 3 milli fəaliyyət proqramı qəbul edilib. Artıq 4–cü proqramın da hazırlanması prosesi gedir. Korrupsiyayla mübarizəylə bağlı təkmil qanunvericilik bazası var. İnstisional  təsisatlar da mövcuddur. Dövlət başçısı son çıxışında bir daha bu məqama toxunaraq korrupsiyaya qarşı daha ciddi mübarizə aparılacağını, son islahatların da məhz bu problemə qarşı yönəldiyini deyib. Prezident İlham Əliyev həmçinin bildirib ki, bəzən cəza tədbirləri istənilən effekti vermir.  Prezident  həmçinin korrupsiyanın genişlənməsində bürokratiyanın da rol oynadığını bildirib.

Ekspertlər hesab edirlər ki, bürokratiyanın və nəticədə korrupsiyanın qarşısnı almaq üçün irəli sürülən mexanizmlərdən biri də elektron xidmətlərdir. Elektron xidmətin tətbiq dairəsi genişləndikcə məmur – vətəndaş təması minumuma enir və korrupsiya ehtimalları da eyni dərəcədə azalır.

Azərbaycanda anti-korrupsiya tədbirlərinin effektivliyiə dair bir “ASAN xidmət” nümunəsi də var. Yeri gəlmişkən, mərkəzin təqdim etdiyi xidmətlər spektrinin genişləndirilməsi qarşıdakı illərdə tamhüquqlu elektron hökumətə çevrilməsinə hesablanıb.

Dövlət başçısının korrupsiya ilə bağlı apardığı effektiv siyasət nəticəsində istər administrativ, istərdə də inzibati təbirlər deməyə əsas verir ki, bütün bu addımlar karrupsiya adlı bəlanın istənilən vasitəylə məhv olunmasına hesablanıb.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır