914“Problemi ağsaqqalların vasitəsi ilə, danışıqlar yolu ilə aradan qaldırmaq olardı”

Milli Şuranın hüquq komissiyasının sədri, ehtiyatda olan ədliyyə generalı Vidadi Mirkamal Moderator.az-a açıqlamasında Nardaranda keçirilən əməliyyatlar və bu əməliyyatları doğuran səbəbləri şərh edib.

Belə bir əməliyyat üçün ciddi əsas olmadığını bildirən V.Mirkamalın sözlərinə görə, problemi alternativ üsullarla da həll etmək, insan ölümlərinin qarşısını almaq olardı:
“Hakimiyyət son dövrlərdə Yaxın və Orta Şərqdə, Türkiyədə baş verən olaylardan, eləcə də ölkədaxili proseslərdən sanki qıcıqlanıbdır və son nəticədə günahsız insanlara qarşı belə bir addım atmağa qərar verib. Hesab edirəm ki, Nardaranda baş verən olayları bu aspektdə izah etmək olar.
Taleh Bağırzadı bəlli bir müddət idi ki, həbsxanada idi. Həbsxanadan çıxandan sonra hakimiyyət və onun siyasətinə qarşı kəskin çıxışlar edirdi. Bu çıxışlar da hakimiyyəti qıcıqlandırırdı. Nardaranda baş verən hadisələr həm də bu qıcıqdan doğa bilərdi.

Bilirsiniz ki, Nardaranla bağlı məsələ bu günün, dünənin məsələsi deyil. H.Əliyevin hakimiyyət dönəmində də Nardaranda xüsusi bir status yaranmışdı və orda olan hadisələrə H.Əliyev belə çox dözümlü yanaşırdı. Bilirdi ki, bu məsələdə hansısa yanlışlığa yol vermək olmaz, bu çox böyük qıcıq yaradar. Indiki hakimiyyət isə bununla razılaşmadı. Ölkədə beynəlxalq konfrans keçirildiyi bir dövrdə, tolerantlıqdan danışıldığı bir zamanda Nardaranda faciə ilə nəticələnən əməliyyat keçirdi. Hansı ki, bu əməliyyatlarda həm bizim polis işçilərimiz, həm də yerli dinc insanlar həyatını itirdi.
Hakimiyyət Nardarana çox sərt şəkildə müdaxilə edib və biz Milli Şura olaraq da bəyan etdik ki, T.Bağırzadəni həbs etmək üçün insan itkisi ilə nəticələnən bu miqyasda əməliyyat keçirməyə ehtiyac yox idi. T.Bağırzadə hüquq-mühafizə orqanlaırnın çağırışından yayınmırdı və onu DİN-ə, MTN-ə çağıraraq da həbs etmək olardı. Hakimiyyətin bu addımı günahsız insanlara çox böyük zərbə idi. Problemi ağsaqqalların vasitəsi ilə, danışıqlar yolu ilə aradan qaldırmaq olardı”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 12
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."