!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Heydər Əliyev Fondu uşaqlar üçün bayram sənliyi təşkil edib

!Reklam – Yazi

img-29419-innerDekabrın 29-da Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində “Buta” sarayında uşaqlar üçün ənənəvi şənlik təşkil edib.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, Fondun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqların bayram şənliyində iştirak ediblər.

Uşaqlar Heydər Əliyev Fondunun təşkil etdiyi şənliyin keçirildiyi məkana onlar üçün ayrılmış avtobuslarla gətiriliblər.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində uşaq evləri və internat məktəblərində tərbiyə alan, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin, Psixonevroloji Mərkəzin azyaşlı sakinləri üçün şənlik təşkil edilir.

Şənliyin sonunda hər bir iştirakçıya Heydər Əliyev Fondunun hazırladığı bayram hədiyyələri təqdim olunub.

Yeniçağ.Az

www.yenicag.az

615
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv