Heydər Əliyev Milli İdeologiya Mərkəzi yarandı

Heydər Əliyev Milli İdeologiya Mərkəzi yarandı

Müəllif: Redaktor

Editor

13141116_841976779268502_275223717_nBu gün Heydər Əliyev Milli İdeologiya Mərkəzinin əsası qoyulmuşdur. Yeni yaranmış qurumun təmsilçiləri müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Mərkəzin icraçı direktoru Səbuhi Əliyev mətbuata açıqlamasında bu haqda məlumat verib.

O, yeni yaranmış mərkəzin milli ideologiyamızın formalaşmasında xalqımızın dahi şəxsiyyəti Heydər Əliyev ideyalarının təbliği və tədqiqi istiqamətində fəaliyyət göstərəcəyini qeyd edərək, milli dövlətçilik dəyərlərimizin möhkəmləndirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin təməlini qoyduğu ideoloji prinsiplərin xalqımız arasında geniş yayılması üçün proqramların həyata keçiriləcəyini bildirib. Səbuhi Əliyev ulu öndərin doğum günündə məzarını ziyarət edərək, şərəfli bir yola başladıqlarını və millət atasının qurub yaratdığı müstəqil Azərbaycanın əbədi yaşaması yolunda əllərindən gələni əsirgəməyəcəyini qeyd edib.

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti