Ads by Google

hightechnic
Ads by Google

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə təşkil etdiyi “QHT-lər arasında atıcılıq çempionatı”nın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Çempionatda QHT-lərin Azəri Yurdu gənclərin İctimai Birliyi, Bakı Gənclər Klubu, Sağlam Düşüncə gənclər İctimai Birliyi, İstedadlı Əlillər İctimai Birliyi, Konstitusiya Araşdırmalar Fondu və Binəqədi rayonunun İcra hakimiyyəti, Bələdiyyə, Gənclər, YAP və Veteranlar komandaları iştirak edib. Başlanğıc, yarımfinal, final olmaqla 3 mərhələ üzrə keçirilən yarışıda I yeri Veteranlar, II yeri YAP, III yeri isə İstedadlı Əlillər İctimai Birliyi komandası qazanıb. Çempionat qaliblərinin mükafatlandırılması mərasimində Şura sədri, millət vəkili Azay Quliyev və Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov iştirak edib. Mərasimdə çıxış edən Azay Quliyev və Xaləddin İsgəndərov bu cür çempionatların keçirilməsinin vətəndaşların, xüsusi ilə gənclərin vətənpərvərlik hisslərinin güclənməsində, hərbi hazırlıq səviyyəsinin artırılmasındakı rolunun əhəmiyyətini vurğulayıblar.
Mükafatlandırma mərasimindən sonra Azay Quliyev və Xaləddin İsgəndərovun iştirakı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda gənclərlə görüş keçirilib. Şura sədri Azay Quliyev müasir Azərbaycan dövlətinin memarı olan ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin əsaslarını möhkəm özüllər üzərində qurduğunu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirildiyini deyib. Şura sədri ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayaraq gənclərin daima bu irsə böyük ehtiram və sədaqətlə yanaşdığını qeyd edib.

Azay Quliyev Ulu Öndərin gənclərə göstərdiyi yüksək diqqəti və qayğısı ilə bağlı şahidi olduğu hadisələr haqqında xatirələrini də gənclərlə bölüşüb.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin qurulmasındakı xidmətlərindən bəhs edib. X. İsgəndərov müasir dövrdə gənclərin dövlətimiz tərəfindən hərtərəfli qayğıyla əhatə edildiyini və onların gələcək həyatlarını ümummilli liderimizin tövsiyələri istiqamətində qurmalı olduğunu vurğulayıb.
Görüşdə cənab prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində Naxçıvana edilən I və II tur tanışlıq səfərinin iştirakçısı olmuş Binəqədi rayon məktəblərinin şagirdlərinə serfikatlar təqdim edilib. Məktəblilər onların ölkəmizin müxtəlif guşələri ilə əyani tanışlığı üçün yaradılan şəraitə görə ölkə başçısına təşəkkürlərini bildiriblər.
Daha sonra gənclər onları maraqlandıran suallarla qonaqlara müraciət etmiş və görüş diskussiya formasında davam etdirilmişdir.

Qeyd edək ki, Binəqədi rayon İcra Hakimiyyətinin təşkilati dəstək verdiyi layihənin koordinatoru Azərbaycan Tələbələr Birliyidir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 261
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."