yenicag.az

Heydər Əsədov həbs olunmalıdır - Nazirlə bağlı sərt ittiham

Heydər Əsədov həbs olunmalıdır – Nazirlə bağlı sərt ittiham

Müəllif: Redaktor

Editor

Azərbaycanda qeyri-neft sektorunun inkişafına son illər diqqət artsa da, bu sahənin aparıcısı rolunda çıxış edən kənd təsərrüfatında hələ də ixtisaslı mütəxəssislərə ciddi ehtiyac duyulmaqdadır. Son 20-30 ildə ölkəmizdə bu peşəyə maraq olduqca aşağı düşüb. Bu sahə azgəlirli olduğundan gənclər aqrar sahə üzrə mütəxəssis kimi yetişməyə cəhd göstərmirlər. Əvəzində qonşu ölkələrdən aqrar mütəxəssislər yüksək əməkhaqqı verməklə aqrar mütəxəssis gətirirlər.

Bəs görəsən bu problemin həlli yolları necə tapılmalıdır?

İqtisadçı-ekspert Cümşüd Nuriyev Yeniçağ.az-a açıqlamasında aqrar sahədə ixtisaslı kadrlarla bağlı yaşanan problemlərin kökünü Kənd Təsərrüfatı Nazirliyində axtarmağı lazım bildi:

Cümşüd Nuriyev ile ilgili görsel sonucu“Azərbaycanda əslində, aqrar sahə üzrə kifayət qədər mütəxəssislərimiz var. Amma təəssüf ki, o mütəxəssislər yerində deyil. Hamısını müvafiq nazirlikdən cəbhəçi və ya başqa adlarla qovublar. Tam məsuliyyətlə deyirəm, Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi bütünlüklə aqrar sahədən xəbəri olmayan adamlardan ibarətdir. Burada hətta idarə rəislərinin belə səviyyəsi qaneedici deyil. Dəfələrlə deyilməsinə baxmayaraq, hələ də baytarlıq xidmətinə regional səviyyədən də aşağı səviyyəli adam rəhbərlik edir. Bu adamın orada oturması Azərbaycanda yaşayanların ətlə təminatı sahəsində ən böyük təhlükədir. Əslində, Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi var, amma kənd təsərrüfatı yoxdur. Bu sahənin mütəxəssisi kimi deyirəm, nazirliyin rəhbərliyi tərəfindən hələ ki ağıllı bir fikir eşitməmişəm. Hazırkı anda Azərbaycan iqtidarı üçün ən böyük təhlükə elə Kənd Təsərrüfatı Nazirliyidir. Azərbaycanda sürətlə bahalaşma gedir. Dünyanın heç bir yerində inflyasiya olan yerdə aqflyasiya olmur, yəni aqrar məhsulların bahalaşmasından söhbət gedə bilməz. Bütün dünyada bazar modelinə keçəndə əsasən istehlak, istehsal, rəqabət və qiymətə üstünlük verirlər. Bu 4 faktorun heç biri sözügedən nazirlikdə ümumiyyətlə, yoxdur. Kəndə Təsərrüfatı Nazirliyi aldatmaq, kimlərisə şantaj etmək və “xalqı prezidentə qarşı necə qaldırmaq olar?” kimi məsələlərlə məşğuldur. Bu nazirliyin etdiyi maliyyə fırıldaqları hətta İtaliya mafiyalarından da üstündür. Ölkədə nazirlik tərəfindən azad sahibkarlıq hüququ pozulur. Azərbaycanda aqrar sektorun məhv olmasında göstərdiyi xidmətlərə görə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinə mükafat düşür. Onlar o qədər dəhşətli dərəcədə millətin əleyhinə işləyirlər ki, artıq susmaq mümkün deyil. Nazirlikdə Kənd Təsərrüfatı Akademiyasının normal mütəxəssisləri belə yoxdur. Bura yerliləri və yaxın qohumları toplayıblar. Kənd yumurtası 17 qəpikdən 30 qəpiyə qalxıb. Sümüksüz mal əti 15,49 manatdır. İstər taxılçılıq, istərsə də heyvandarlıq məhsulları ilə Azərbaycan özünü təmin edə bilmir. Bu barədə hamısı yalan daşınır. Prezident Aparatında da kənd təsərrüfatı ilə bağlı mütəxəssis yoxdur. Burada aqrar siyasətlə məşğul olan şəxs əslində, maliyyəçidir. Nazirlər Kabinetinin baş nazirinin müavini isə şərabçıdır. Ölkədə aqrar sahə üzrə konsepsiya yoxdur. Tam məsuliyyətlə deyirəm, əslində, Heydər Əsədov xalqına hörmət edirsə, istefa verməlidir. Bir qədər də dərinə getsək, bu adam həbs olunmalıdır. O, ölkənin aqrar sektorunu batırmaqla məşğuldur”.

ELÇİN
Yeniçağ.az

Xəbərlər, Siyasət, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti