!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Heydər Əsədov Prezidentin müşavirəsində özünü asmalıydı…” - Prezidentin müşavirəsində məmurların halı niyə pisləşir?

!Reklam – Yazi

Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda qeyri-adi hal yaşanıb.

Yeniçağ.Az xəbər verir ki, konfransda elan olunmuş fasilə zamanı zaldan çıxan Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin halı pisləşib. Ətrafdakıların köməyi ilə özünə gələn Abıyev təcili yardım çağırılmasına imkan verməyib. Qeyd edək ki, ötən il dekabrın 26-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rayon icra başçıları ilə keçirtdiyi müşavirədə də Abıyev əsas danlaq hədəflərindən biri olmuşdu. Ümumiyyətlə, prezidentin iştirakı ilə keçirilən müşavirələrdə müxtəlif vəzifəli dövlət məmurlarının səhhətində problem yaranması artıq adi hala çevrilməkdədir. Hətta 2013-cü ilin fevralında keçirilən müşavirədə prezidentin sərt tənqidlərinə məruz qalan Gəncənin icra başçısı Elmar Vəliyevin burnundan qan açılaraq, özündən getməsi hələ də xatırlanır. Aydındır ki, xidməti kabinetlərində özlərini “hakimi-mütləq” hesab edən məmurlar, xüsusilə də icra başçıları dövlət başçısının qarşısında əl quzusuna dönürlər. Ona görə də prezidentin haqlı tənqidləri qarşısında təzyiqləri kəlləçarxa vurur.

Bu barədə Yeniçağ.Az-a danışan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib ki, bugünki konfransda Əhəd Abıyevin yox, kənd təsərrüfatı naziri Heydər Əsədovun halı pisləşməliydi:

Hafiz Hacıyev ile ilgili görsel sonucu“Açığı, Əhəd Abıyevin səhhətinin pisləşməsinə təəccübləndim. Çünki Əhəd müəllim möhkəm adamdır, səhhəti yerindədir və az-çox işləyən məmurlardan biridir. Mən prezidentin keçirtdiyi konfransda gözləyirdim ki, törətdiyi əməllərə görə Heydər Əsədov özünü asaraq, intihar edəcək. Ancaq bu hərəkətə cəsarəti çatmayıb.
Məmurlar bilirlər ki, prezident onların işləklərindən xəbərdardır, bir gün hamısı barəsində ölçü götürəcək, hamısını həbsxanaya dolduracaq. Öz aqibətlərini təsəvvür etdiklərindən, prezidentin səsini eşidən kimi halları pisləşir. Onlar bədbəxt adamlardır; o qədər cinayətlərə əl atıblar ki, gecə-gündüz səksəkədədirlər, bir rahatlıqları yoxdur. Ürəyinə qorxu dolan adamın da halı hər dəqiqə xarablaşa bilər. Yenə deyirəm, onlar öz cinayətlərinə görə cəzalarını alacaqlar”.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

1274
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv