!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Heydər Əsədov və onun bankir komandası kənd təsərrüfatını necə məhv edir?

!Reklam – Yazi

axirinciSabir Vəliyev: “Heydər Əsədov mütəxəssisləri kənd təsərrüfatından didərgin salıb…”

Bir neçə gün öncə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” açıqlanıb. Ölkə prezidentinin 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən xəritədə aqrar sahənin inkişafı, məhsul istehsalı və emalı ilə bağlı 2020-ci ilədək həyata keçirilməsi nəzərdə tutulan bir sıra hədəflər qoyulub.

Yeniçağ.Az xəbər verir ki, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda nəzərdə tutulan tədbirlər üzrə 2020-ci ilədək (2015-ci illə müqayisədə) aşağıdakı əsas hədəf indikatorları müəyyən edilib:

● ət istehsalının 20 faiz, süd istehsalının 30 faiz artması;

● pambıq istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 4 dəfə artması;

● barama istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 1000 dəfə
artması;

● 2020-ci ilə kimi hər regionda uyğun məhsulların dəyər zənciri üzrə ümumilikdə
25 kiçik və orta sahibkarlıq subyektinin yaranması;

● əlavə 665 milyon manat maliyyə vəsaitinə çıxış imkanının yaradılması;

● inzibati rayonlar və sektorlar üzrə ən azı 100 investisiya layihəsinin
hazırlanması;

● istehsalçıların suvarma suyu ilə təminatının 20 faiz artması;

● istifadəsiz, lakin kənd təsərrüfatı üçün yararlı torpaqların əkin dövriyyəsinə
qaytarılması hesabına ümumi əkin sahələrinin həcminin 5 faiz artması;

● kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən minneral gübrələrdən
istifadənin 25 faiz artması;

● kənd təsərrüfatı məhsulları istehsalçılarının bitki mühafizəsi vasitələrindən
istifadəsinin 25 faiz artması;

● kənd təsərrüfatı məhsulları istehsalçılarının sertifikatlı toxumlardan, eləcə də
tinglərdən istifadə səviyyəsinin 90 faizə çatdırılması;

● kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika, maşın və avadanlıqlarla,
eləcə də kiçikhəcmli texnika, maşın və avadanlıqlarla təminatının 20 faiz
artması;

● bütün aqraryönümlü ixtisaslar üzrə ali təhsil müəssisələrində təhsil alanların
sayının 20 faiz artması;

● özəl baytarlıq xidməti göstərənlərin sayının 30 faiz artması;

● paytaxtda və iri şəhərlərdə 5 “yaşıl market”in və 50 “fermer mağazası”nın
qurulması;

● 2020-ci ilədək ölkədə kənd təsərrüfatı məhsullarının ixracı üzrə 200 fermerin
ixtisaslaşması;

● suvarılan torpaqların 30 faizinin meliorativ vəziyyətinin yaxşılaşdırılması.

Kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis, Kənd Təsərrüfatı Nazirliyinin sabiq şöbə müdiri Sabir Vəliyev qarşıya qoyulan hədəflərə aqrar sektora rəhbərlik edən heyətlə nail olunmasını mümkün saymadığını bildirib. Yeniçağ.az-a danışan mütəxəssis kənd təsərrüfatı naziri Heydər Əsədovu kəskin tənqid edib:

“Hazırda kənd təsərrüfatına rəhbərlik maliyyəçilərin əlindədir. Maliyyəçinin rəhbərlik etdiyi aqrar sektorda hansısa inkişafın olacağını gözləmirəm. Bu dəqiqə fermerə mütəxəssis yardımı lazımdır. Heydər Əsədov bütün aqronomları, zootexnikləri, baytarları çıxarıb, yerinə maliyyəçi təyin edib. Maliyyəçi nə bilir kənd təsərrüfatını? Biz uzun müddət çalışdıq, nail ola bilmədik yerlərdə idarələrin yaradılmasına. Heydər Əsədov yaratdı, hamısına da maliyyəçiləri təyin etdi. Bir zootexnikin, baytarın, aqronomun yetişməsi üçün yalnız təhsil kifayət deyil, təcrübə, uzunmüddətli iş prosesi lazımdır. Aqronom deyirlər – tərəvəzçi aqronom ayrı olmalıdır, meyvəçi aqronom ayrı, şərabçı ayrı olmalıdır. Belə mütəxəssislər iş prosesində yetişir. Bizim min bir əziyyətlə yetişdirdiyimiz mütəxəssislərin hamısını Əsədov çıxarıb atıb bayıra. Özünün maliyyəçi dostlarını gətirib yığdı ora. Maliyyəçilərlə kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil axı. Vəziyyət çox pisdir hazırda kənd təsərrüfatında, iş qeyri-mütəxəssislərin əlindədir”.

S.Vəliyev hesab edir ki, H.Əsədovun komandası Strateji Yol Xəritəsində qarşıya qoyulan hədəflərə nail olmağı bacarmayacaq: “Nazirin 2 müavinindən biri tikinti sahəsi üzrə mütəxəssisdir, biri də maliyyəçi. Heç olmasa müavinlərini kənd təsərrüfatı üzrə mütəxəssislərdən götürərdi də? Çindən dövlətin o qədər pulunu verib tut çili alıb gətirirlər. Bu ölkədə bəyəm yerli xüsusiyyətlərə, iqlimə uyğun tut çili yetişdirmək çox çətin işdi? Yaxud keçi gətirirlər xaricdən. Keçilər iqlim şəraitinə ən həssas heyvandır, onu özümüzdə yetişdirmək olmaz? Niyə büdcənin pullarını belə şeylərə sərf edirlər? Cənab prezidentə lazımsız təkliflər verib, büdcənin pulunu havaya sovururlar. Mən bu tərkiblə aqrar sahədə hansısa müsbət nəticə gözləmirəm.”

DÜNYA
Yeniçağ.Az

www.yenicag.az

1241
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv