!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hidayət Orucov qırğızıstanlı nazir ilə görüşdü

!Reklam – Yazi

hidayet_orucovSəfir Hidayət Orucov Qırğız Respublikasının Xarici İşlər naziri ilə görüşüb

2016-ci ilin iyul ayının 1-də Qırğız Respublikasının Xarici İşlər naziri Erlan Abdıldayev ilə Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov arasında görüş keçirilmişdir.

Səfir qeyd etmişdir ki, ölkələrimiz arasında son vaxtlar bütün sahələrdə, xüsusilə humanitar sahədə əməkdaşlıq uğurla inkişaf edir. Son üç il ərzində həm Bişkekdə, həm Bakıda çoxlu mühüm tədbirlər keçirilmiş, Azərbaycan həqiqətlərinin Qırğızstanda və Qırğızstan həqiqətlərinin Azərbaycanda daha yaxından tanıdılması üçün güclü iş aparılmışdır. Ölkələrimiz beynəlxalq təşkilatlarda da sıx əməkdaşlıq edirlər.

Səfir 2017-ci ilin yazında Azərbaycanın Qırğızstanda, Qırğızstanın isə Azərbaycanda mədəniyyət günlərinin payızda keçirilməsi ilə bağlı nazirlə fikir mübadiləsi aparmış və qərara gəlmişlər.

Səfir həmçinin qeyd etmişdir ki, 2016-cı ildə qırğız şairi və mütəfəkkiri Jusub Balasaqının 1000 illiyi yubileyinin Azərbaycanda keçiriləcəkdir.

Nazir E.Abdıldayev qeyd etmişdir ki, 2016-cı ilin sentyabr ayının 3-dən – 10-dək İssık-Kulda  “II Ümumdünya köçərilər oyunları” keçiriləcəkdir.

Səfir isə bildirmişdir ki, Azərbaycan Respublikasından “I Ümumdünya köçərilər oyunları”nda olduğu kimi, bu yarışlarda da böyük nümayəndə heyəti iştirak edəcəkdir.

E.Abdıldayev qeyd etmişdir ki, Azərbaycan və Qırğızstan xalqları qardaş xalqlardır və ölkələrimiz arasında münasibətlər daimi olaraq inkişaf etməkdədir.

Səfir qeyd etmişdir ki, münasibətlərimizin inkişafı ölkə başçılarımızın maraq dairəsindədir.

Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.

www.yenicag.az

848
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv