!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hilal Agro” şirkətinin rəhbəri Viləş Əhədov yoxa çıxdı – 500 MİN MANATLIQ MAXİNASİYA-VİDEO

!Reklam – Yazi

agriooZaman-zaman 7News.az redaksiyasına müxtəlif şirkətlərdə baş alıb gedən özbaşınalıqlar, maxinasiyalarla bağlı şikayət dolu yazılar daxil olmaqdadır. Biz də öz növbəmizdə yazıları təhlil edilir, faktların düzgünlüyünü yəqin etdikdən sonra saytımızda dərc edirik. Saytımıza daxil məlumatlardan biri də “Hilal Agro” şirkəti ilə bağlıdır.

Əvvəla qeyd edək ki, 2011-ci ildə fəaliyyətə başlamış “Hilal Agro” şirkəti ət sektorunda heyvanların kökəldilməsi üzrə ixtisaslaşmış şirkət hesab olunur. Məsələ burasındadır ki, şirkət həm də zaman-zaman mediada müxtəlif maliyyə maxinasiyalarının ünvanı kimi tanınır. Şirkətdən gələn şikayətlərin böyük əksəriyyəti də məhz iri sahibkarların şirkətin işinə cəlb edilməsi yolu ilə onların külli miqdarda vəsaitlərinin mənimsənilməsi ilə bağlı olub. Şirkət mətbuatın gündəmini təəssüflər olsun ki, bu kimi problemlərlə zəbt edir. Redaksiyamıza daxil olan şikayəti təqdim edirik.

Belə ki, şirkətin rəhbəri Əhədov Viləş Ayxan oğlu, özü də daxil olmaqla bir neçə nəfərlə şəriklik edərək 500 min manat qarşılığında mal-qara almaq üçün sözləşib. Şəriklərdən Cem Ərsoy Səlcuk və Məmmədov Qaşqay adlı şəxs bu pulların bir qisminin istifadə olunmasını bildirsələr də, yerdə qalan 293 min manatın yoxa çıxdığını bildiriblər.

7News.az-a bu barədə məlumat verən Məmmədov Qaşqay artıq 7 aydır ki, 293 min manatın geri qaytarılmadığını dilə gətirib. Onun sözlərinə görə, şirkətin rəhbəri Əhmədov Viləş pullarla bərabər yoxa çıxıb. Hüquq mühafizə orqanına şikayət etmələrinə baxmayaraq ortada heç bir nəticə yoxdur.

Xatırladaq ki, Məmmədov Qaşqay pulu Məmmədov Ələsgər və mühasib Sərdar və icraçı direktor Zaurun yanında bu vəsaiti Əhədov Viləşə verib.

Videolardan isə aydın görünür ki, “Hilal Agro” şirkəti bu kimi hallarla tez-tez qarşılaşır. Məhz bu səbəbdən də külli miqdarda maliyyə ayıraraq “qoçu dəstəsi” saxlamaqdadır.

www.yenicag.az

3767
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv