!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Himnimizdə ixtisarlar getməlidir? – Şərh

!Reklam – Yazi

1410291736_himnnnnElçin Mirzəbəyli: “Himn məsələsinin indiki məqamda müzakirəyə çıxarılmasının heç bir əhəmiyyəti yoxdur, artıq iş-işdən keçib”

Xəbər verildiyi kimi bir müddət öncə ASDP sədri, deputat Araz Əlizadənin himnimiz barədə təhqiredici fikirlər söyləmişdi.  Görünür, Milli Məclisdə onun kimi düşünənlər tək deyilmiş. Belə ki, digər deputat Fazil Mustafa da həmkarını bu məsələdə dəstəkləyən fikirlər səsləndirib: “Hansısa tarixi abidəni də nöqsanlarına baxmadan, dəyişmədən bərpa etməyə daha çox üstünlük verirlər. Ancaq himnimizi təhlil etmək, başqa himnlərlə müqayisə etmək olar. Bunu dəfələrlə yazdığıma görə bildirirəm ki, bu himnin həm musiqisində, həm ifa vaxtında, həm də sözlərində müəyyən nöqsanlar var. Bu da ifa zamanı müəyyən çətinliklər yaradır. Xüsusilə sonluğunda dörd dəfə “Azərbaycan” sözünün səslənişində bu ahəngi qorumaq asan olmur. Himni musiqisiz oxuyarkən kollektiv ahəngi qorumaq xeyli çətin olur. Vaxt baxımından da ən azı bir dəqiqə artıq səslənir. Sözlərində də lüzumsuz təkrarlar var. Minor və ya major olması elə də əhəmiyyət daşımır, ideyası, peşəkar mətn və musiqinin vaxt standartına uyğunlaşdırılması zəruridir”.

Buradan belə görünür ki, son zamanlar himnimiz əleyhinə geniş bir kampaniya aparılır.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirdi ki, o da himnimizdə səslənən sözlərin peşəkar sözlər olmadığı qənaətindədir, lakin bununla belə indiki şəraitdə məsələni müzakirəyə çıxarmağın da tərəfdarı deyil: “Bir dövlətin atributu qəbul olunubsa, artıq uzun illərdir ondan istifadə edilirsə, Azərbaycan vətəndaşları bu himn altında böyüyübsə, məsələnin müzakirəyə çıxarılması doğru yanaşma deyil. Hesab edirəm ki, zamanında Azərbaycan himni və gerbi qəbul olunanda məsələyə diqqət yetirmək olardı. Bildiyiniz kimi gerb və himn qəbul olunanda parlamentdə ona etirazlar da səslənmişdi. Amma bunu Azərbaycan Xalq Cümhuriyyətinin atributları kimi qəbul edərək müasir dövlətimizin də AXC-nin varisi olduğunu qeyd etdilər. Bu baxımdan da indi mövcud olan atributları qəbul etdilər. Amma nəzərinizə çatdırım ki, bir dövlətin özündən əvvəlki digər dövlətin hüquqi varisinin elan olunmasında onun atributlarının heç bir əhəmiyyəti yoxdur. Əsas həmin dövlətin modelinin qəbul olunmasıdır. AXC parlament tipli respublika idi, amma indi prezident respublikasıyıq. Yəni faktiki olaraq  hüquqi cəhətdən belə həmin modeli təsdiq etmədi. Himnlə bağlı yanaşmalar müxtəlif ola bilər. Buna peşəkar musiqiçilər də münasibət bildirib.

Lakin bu məsələnin indiki məqamda müzakirəyə çıxarılmasının heç bir əhəmiyyəti yoxdur, artıq iş-işdən keçib.  Himnin sözlərilə bağlı özünəməxsus yanaşmam olub. Hesab edirəm ki, bu peşəkar sözlər deyil, sadəcə olaraq musiqinin üzərinə yazılmış ilkin versiyadır. Ondan sonra da mətnin üzərində ciddi iş aparılmayıb. İndi də bu qənaətdəyəm. Lakin artıq məsələnin müzakirəyə çıxarılması gecdir və indiki şəraitdə məqsədəuyğun deyil”.

ELÇİN

www.yenicag.az

2826
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv