Yazı İçi 468×60

166464_res_01Hindistan polisi bu ölkədə başqalarının telefon nömrələri üzərindən qanunsuz beynəlxalq telefon danışıqları təşkil etməyə görə axtarışda olan 23 yaşlı Saqar Thakkar-ın bacısı ilə birlikdə Azərbaycana qaçdığını bildirir.

Virtualaz.org Hindistan KİV-lərinə istinadən xəbər verir ki, polis onun yaratdığı qanunsuz beynəlxalq telefon danışıqlar mərkəzində oktyabrın 4-də axtarış keçirib. Lakin orada deyiblər ki, Thakkar bacısı Reema ilə birlikdə Dubaya qaçıb. Bununla belə polis müəyyən edib ki, ləqəbi “Tüklü” olan telefon dələduzu Azərbaycana qaçıb və hazırda oradadır.

Thakkar Əhmədabad əyalətində fəaliyyət göstərən 10 nəfərlik qruplaşmanın rəhbərki olub. Qruplaşmanın daha üç üzvünün Tailanda qaçdığı bildirilir. Thakkarı Amerika ədliyyəsi də axtarır. ABŞ-da ona qarşı iki ayrı ittiham irəli sürülüb. İttihama əsasən Thakkarın əməllərindən Şimali Karolina və Texas ştatlarının sakinləri də zərər çəkib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 11
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."