Hindistanda avtobusla yük maşını toqquşub: 13 ölü, 30 yaralı

Hindistanda avtobusla yük maşını toqquşub: 13 ölü, 30 yaralı

Müəllif: Redaktor

Editor

1c49ead1-7f3b-4eb2-865c-0c9d9a99b459_292Bu gün Hindistanın cənub-şərqindəki Andhra Pradeş ştatında baş verən yol qəzasında azı 13 nəfər ölüb, 30 insan yaralanıb.

“Report”un verdiyi məlumatına görə, yerli polis toy mərasimində iştirak edən 40 qonağın olduğu yük maşınının Prakas mahalında boş avtobusla toqquşduğunu xəbər verib: “13 nəfər hadisə yerində ölüb. Qəza hadisə yerindən qaçan avtobus sürücüsünün günahı üzündən baş verib”.

Qeyd edək ki, yol qəzaları nəticəsində ölüm sayına görə Hindistan digər ölkələri qabaqlayır. 2014-ci ildə yol qəzaları 141 min insanın həyatına son qoyub. Hindistanda qəzalara səbəb olan ən geniş yayılmış qanun pozuntusunun sürət həddinin aşılması olduğu bildirilir.

Kriminal, Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti