Hindistanda “Varda” qasırğası nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb

Müəllif: resul

Editor

vardaHindistanda “Varda” qasırğası nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, ölənlərdən 4-ü Hindistanın Çennay şəhərində, 2-si Naqapattiname, 2-si Kançipurame, 2-si isə Tamilnad ştatında həlak olub.

Bu barədə Yenicag.az “Ria Novosti”-yə istinadən xəbər verir.

Hindistanın Fövqəladə Hallar üzrə Milli İdarəsinin məlumatına əsasən, güclü külək 50 yaşayış evinə ziyan vurub, 8 min ağac və elektrik dirəkləri aşıb.

Təbii fəlakət ən çox Tamilnad ştatının şimali və Andxra-Pradeş ştatının cənub hissəsində fəsadlar törədib. Adıçəkilən ştatlarda küləyin sürəti saatda 120 km çatıb.

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır