!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hirkan Milli Parkına basqın edildi-Video

!Reklam – Yazi

13955Yenicag.az xəbər verir ki, ötən gecə saat 23 radələrində Hirkan Milli Parkının Günəhir kəndi ərazisində yerləşən gözətçi məntəqəsinə hücum olub. Bir neçə şəxs bu məntəqəyə gəlib qapını sındırmaq istəyib. Həmin vaxt gözətçi burda olmadığından qapı bağlı olub və onlar balta ilə pəncərəni sındırıb içəri daxil olublar.

Gözətçi deyir ki, həmin vaxt yaxınlıqdakı bulağa su üçün gedib və məntəqəyə “VAZ 21015” markalı maşının yaxınlaşdığını, ordan bir neçə nəfərin düşdüyünü görüb.

“Mən maşının qabağına qaçdım. Sürücü maşından düşüdü və mən onu tanıdım. O, Osakucə kənd sakinidir. Dedi gözətçi məntəqəsini o hala mən salmışam. Sonra məni təhqir etdi. Ondan sonra “102” xidmətinə zəng etdim. Post Patrul Xidmətinin əməkdaşları və sahə müvəkkili hadisə yerinə gəldilər. Və hadisə yerinə baxış keçirdilər. Axşam isə faktla bağlı polisə izahat verdim” – deyə hadisənin şahidi gözətçi Rasif Cəfərov bildirib.

Rasif gələnlərin içkili vəziyyətdə olduğunu, 4 nəfərdən Bəhruzu tanıdığını polisə də bildirib. Maraqlıdır ki, basqınçılar məqsədlərini də açıqlayıblar.

“Onlar bildirblər ki, bura Raminə görə gəlmişik. Amma Ramin burda olmadı. Ona görə gözətçi məntəqəsinə dağıtdıq, sənlik burda bir şey yoxdur”– deyə Rasif Cəfərov vurğulayıb.

Məsələdə adı hallanan Ramin Kişiyev də bu məntəqənin gözətçisidir və həmin vaxt o evdə olub. Ona zəng edib ölümlə hədələyiblər.

“Mən bunu birinci zarafat kimi qəbul etdim. Elə bildim iş yoldaşımdır, zarafat edir. Üstündən bir saat keçəndən sonra iş yoldaşım mənə zəng edib bildirdi ki, sizə görə gəlmişdilər. Bunu mənə elə gəlir ki, keçmiş sahə rəisimiz Ülvi Qafarovun dəfələrlə mənə etdiyi təhdidə görə ona görə olacaq. Başqa bir şey ola bilməz” ” – deyə gözətçi Ramin Kişiyev qeyd edib.

Məsələ ilə bağlı Lənkəran Rayon Polis Şöbəsində də olduq. Təhqiqat bölməsinin təhqiqatçısı Elgün Məmmədov baş verənlərlə bağlı araşdırmalara başlanıldığını, amma hələlik heç kəsin saxlanılmadığını bildirdi.

Yəqin ki, araşdırmalar nəticəsində dövlət müəssisəsinə gecə ilə hucum edib bu hadisəni törədənlər aşkarlanacaq və qanuni cəzalarını alacaqlar.

(anspress.com)

www.yenicag.az

647
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv