Yazı İçi 468×60

xestexana_0016666Oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsində fərdi yaşayış evində baş vermiş patlayış nəticəsində xəsarət alanlar – ev sahibi Müşviq Qurbanov və onun həyat yoldaşı Səbruz Novruzovanın Türkiyədə yerləşdirildiyi klinikada müalicələri davam etdirilir.

Yenicag.az bildirir ki, bu barədə Trend-ə yaralıların qohumları məlumat verib.

Bildirilir ki, şok vəziyyətində Türkiyənin Ankara şəhərində klinikaya yerləşdirilən xəstələrin vəziyyətlərində irəliləyiş var, müalicələr müsbət nəticə verməyə başlayıb: “Hələlik hər iki xəstənin klinikanın reanimasiya şöbəsində müalicələri davam etdirilir”.

Xatırladaq ki, oktyabrın 20-də səhər saat 5 radələrində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin aparat rəhbəri, 1972-ci il təvəllüdlü M.Qurbanovun Hökməli qəsəbəsində yerləşən mənzilində qaz sızmasından partlayış baş verib. Hadisə nəticəsində M.Qurbanov və həyat yoldaşı yoldaşı, 1972-ci il təvəllüdlü S.Novruzova və qızı 2004-ci il təvəllüdlü L.Qurbanlı ağır dərəcəli yanıq xəsarətləri alıblar. M.Qurbanov və S.Novruzovanın vəziyyətləri ağır olduğundan onlar Türkiyədəki klinikaya köçürülüblər.

Ailənin digər üzvü – 3 yaşlı Banıçiçək Qurbanlı isə aldığı xəsarətlərdən dünyasını dəyişib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 14
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."