!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Hökumət 2023-cü ildə xərcləməli olduğu vəsaiti indidən sərf edib" - Qubad İbadoğlu

!Reklam – Yazi

Tanınmış iqtisadçı Qubad İbadoğlu öz sosial media hesabından neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar fikirlərini açıqlayıb:

“Dünya bazarında 1 barrel brend markalı neftin qiyməti 50 dollara qədər ucuzlaşıb. Bu qiymət martın 1-nə olan səviyyə ilə müqayisədə 6 dollar aşağıdır. Əslində, mən bir neçə səbəbə görə neftin qiymətinin bundan da ucuz olmasının tərəfdarıyam. Birincisi ona görə ki, neft ixracatından dövlət gəlirlərinin azalması islahatlar üçün imkan yarada bilər. Fikrimcə, mövcud hakimiyyət neft gəlirləri kəskin azalmayınca nə iqtisadi, nə də siyasi islahatlara getməyəcək. İkincisi, neftin hətta cari qiyməti belə onun gəlirliyini təmin edəcək səviyyədədir. İndiki qiymətlərlə bu sahədə mənfəət normadan 3-4 dəfə yuxarıdır. Normadan yuxarı mənfəət isə həmişə korporativ maraqların dövlət maraqlarından da irəli keçməsinə əsaslar yaradır. Üçüncüsü, neft nə qədər baha olsa bir o qədər də tez istismar olunur. Belə olan halda da neft gəlirlərindən pay əldə də bilməyən gənc və gələcək nəsillərə neft nəinki dəyər formasında, həm də natura formasında sərvət kimi də qalmır. Gəlin rəqəmlərə diqqət edək.

Son məlumatlara görə Azərbaycan hakimiyyəti 2001-2017-ci illərdə neft və qaz satışından 130 milyard dollardan çox gəlir əldə edib, hazırda onun 30 milyard dolları ehtiyat şəklində saxlanılır, 100 milyard dollara qədəri isə son 15 ildə xərclənib. Bu o deməkdir ki, 2001-ci ildən indiyə qədər adambaşına 10 min dollarlıq neft gəliri xərclənib, beləliklə də həmin dövrdə hər il ardıcıl olaraq, 7 milyard dollar neft gəliri məsrəf olunub. Əgər orta hesabla 7 milyard dollar deyil, sabit qiymətlər ardıcıl olaraq ildə 5 milyard dollar xərclənsə idi, hazırda neft gəlirlərinin 58 faizi xərclənərdi, 42 faizi və ya 55 milyard dolları isə yığıma yönələrdi. Bu halda isə Dövlət Neft Fondunun sərəncamında qalan neft gəlirlərinin idarə olunmasından daha çox qazana bilərdi. Eyni zamanda belə olsaydı cari ilin xərcləmələri 2023-cü ildə həyata keçirilməliydi. Deməli, Azərbaycan hakimiyyəti nəinki gələcək nəsilləri borca salır, hətta onların 2023-cü ildə xərcləməli olduğu vəsaiti indidən xərcləyib”.

Yeniçağ.az

www.yenicag.az

607
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv