www.sinerjipro.net

SinerjiProWide
Reklam

merkezibankQazaxıstanın ardınca Qırğızıstan hökuməti də dollarla kredit alanlara böyük güzəşt edib. 40 min dollaradək kredit götürənlərə kompensasiya verilməsi barədə qərar qəbul edilib. Bununla da, ipoteka sahibləri indiki kursla deyil, 2015-ci ilin iyununa olan məzənnə ilə ödəniş edəcəklər.

Lakin hələlik, Azərbaycan hökuməti dollarla krediti olanlara borcun 21 dekabrdan əvvəlki məzənnə, yəni 1 dollar-1,05 manat kursu ilə, ödənilməsi barədə səslənən fikirləri yaxına belə buraxmır.

Maraqlıdır, qonşu ölkələr belə həmin istiqamətdə vətəndaşların maraqlarından çıxış edərək, mühüm addımlar atdığı halda, Azərbaycan hökməti görəsən nədən həmin məsələdə tutduğu bu mövqeyindən geri çəkilmir?

Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirlli Yenicag.az-a açıqlamasında bildirdi ki, sözügedən məsələdə Azərbaycan hökumətinin qonşu təcrübələrdən istifadə etməməsi onun vətəndaşın deyil, bankların marağından çıxış etdiyini göstərir: “Azərbaycan hökuməti həmişəki kimi yenə də ölkə vətəndaşlarını deyil, bankları düşündüyündən dollarla kredit alanlara güzəştə getmək məsələsində belə dirəniş göstərir. Bu cür situasiya ilə üzləşən dünya ölkələrinin əksəriyyətində vətəndaş belə kreditlərin kompensasiyasını alır. Dövlət ən azı bu məsələdə yükü özü, vətəndaş və bank arasında bölüşdürməlidir. Azərbaycanda sözügedən problem hökumətin iqtisadi siyasətinin nəticəsi olaraq baş verib. Ona görə də hökumət həmin problemdən yaranan şişmiş hissəni öz üzərinə götürməlidir. Amma görürük ki, hökumət bu məsələyə pul xərcləmək istəmir. Yəni öz xərcini vətəndaşın üzərinə yükləməyə çalışır. İndiyə kimi manatın saxlanılması üçün hər ay milyardlarla manat pul xərclənirdi. Cəmi bir dəfə də vətəndaşın borcunun şişən hissəsini kompensasiya etmək üçün 250 milyon manat xərcləsin. Lakin onlar bu istiqamətə xərclədikləri vəsaiti lazımlı saymır, ona izafi xərc kimi baxır. Amma bu izafi xərc deyil. Burada bir neçə milyon adamdan söhbət gedir”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 37
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."