www.sinerjipro.net

SinerjiProWide
Reklam

9313Türkiyə Silahlı Qüvvələrinin (TSK) iyulun 24-də PKK terror təşkilatına qarşı başlatdığı hərbi əməliyyatlardan sonra Türkiyəni tərk edərək İrana sığınan Murat Karayılan bu ölkədən təhdid edici açıqlamalar verib.

Yenicag.az anspresss-ə istinadən xəbər verir ki, PKK terror təşkilatının liderlərindən olan Karayılan bu əməliyyatların Türkiyə hökumətinə baha başa gələcəyini deyib. Terror təşkilatına yaxın tele-kanallardan birinə açıqlama verən Karayılan bu əməliyyatların AKP hökumətinin ən böyük səhvi olduğunu bildirib.

Geriyə qayıtmaq üçün yol olduğunu deyən Murat Karayılan yenidən müzakirə masası ətrafında otura biləcəklərini deyib.

“Biz problemin həli üçün səy göstəririk. Əgər səmimi və ciddi bir müzakirə prosesi başlasa biz buna hazırıq. Bunun üçün əvvəla lider Aponun (Abdullah Öcalan) müzakirə olunması üçün şərtlər düzəldilməlidir.” – deyə Karayılan açıqlamasında bildirib.

İyulun 20-də Şanlıurfanın Suruc rayonunda baş verən terror hadisəsini bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aklsiyalar keçirirdilər. Türkiyə hökuməti isə bu cür aksiyalara son verməsi üçün PKK və onun siyasi qolu HDP-yə xəbərdarlıq etmişdi.

Xatırladaq ki, iyulun 20-də gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 32 nəfər ölmüş, yüzdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 30
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."