!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platforması QHT problemlərini müzakirə etdi, bəyanat verdi

!Reklam – Yazi

Platforma-Forma-1Bu gün Açıq Hökumətin Təşviqinə Dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının növbəti toplantısı keçirilib.

Strateq.az xəbər verir ki, QHT-lərin üzləşdikləri problemlərin müzakirəsinə həsr olunan toplantıda Platforma üzvü olmayan QHT-lər və beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri də iştirak ediblər.

Toplantı iştirakçılarını açıq müzakirələrə dəvət edən platformanın koordinatoru Əliməmməd Nuriyev qeyd edib ki, tədbirin təşkilində əsas məqsəd mövcud problemlər, onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparılması və hökumətə müvafiq təkliflərin hazırlanıb verilməsidir.

Ə.Nuriyev bildirib ki, hökumət QHT-lərin üzləşdirkləri problemlərin müzakirəsinə açıqdır və Platformadan konkret təkliflər gözləyir. Platforma koordinatoru əlavə edib ki, 2014-cü ilin sonunda və 2015-ci ildə QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi praktikada problemlər yaradıb və vətəndaş cəmiyyətinin səmərli fəaliyyətinə nail olunması üçün “yol xərtiəsi” hazırlanması çox vacidbir. Bu “yol xəritəsi”nin əsasını isə məhz QHT-lərin təklifləri təşkil etməlidir.

Ə.Nuriyevin sözlərinə görə, vəziyyətin yaxşılaşdırılması üçün bütün maraqlı tərəflərin təşəbbüslərinə ehtiyac var.

Ə.Nuriyev qeyd edib ki, toplantıda dövlət qurumlarını Azərbaycan Respublikasının Prezdenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının iki nümayəndəsi – Fərasət Qurbanov və Sahib Məmmədov təmsil edir: “Xatırladım ki, Platformada 10 dövlət qurumunun, parlamentin nümayəndələri təmsil olunur. Bugünkü tədbirin formatı elə seçilib ki, məhz QHT-lər öz fikirlərini bölüşsünlər. Bundan sonra isə növbəti toplantılarda dövlət qurumlarının iştirakı ilə müzakirələr aparılacaq”.

Müzakirələr zamanı QHT-lərin üzləşdikləri müxtəlif problemlər qaldırılıb, onların həlli yolları, normativ-hüquqi bazada dəyişiklikləri nəzərdə tutan təkliflər irəli sürülüb. Ümumilikdə, müzakirələr zamanı 27 QHT nümayəndəsi çıxış edərək, bu və ya digər məsələlərlə bağlı rəylərini bölüşüblər.

Toplantının sonunda QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov səslənən təkliflərə münasibət bildirib və öz fikirlərini bölüşüb. O qeyd edib ki, QHT-lərə Dövlət Dəstəyi Şurası bu məsələlərin həlli ilə bağlı mütəmadi olaraq QHT-lər və dövlət orqanları ilə müzakirələr aparır, təkliflərini verir: “Şura bu istiqamətdə təşəbbüslərə dəstək verməyə hazırdır. Açıq Hökumətin Təşviqinə Dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının yaranması isə bu istiqamətdə yeni imkanlar yaradıb”.

Müzakirələri yekunlaşdıran Ə.Nuriyev sualları cavablandırıb və qeyd edib ki, Platforma peşəkarlar, ixtisaslaşmış QHT-lər üçün açıqdır. Platformada Azərbaycan vətəndaş cəmiyyətinin bütün spektrini əhatə edən aparıcı QHT-lər təmsil olunub.

Onun sözlərinə görə, toplantıda səslənmiş fikirlərin hamısı qeydə alınıb və sistemləşdirilərək, Platforma adından hökumətə təqdim ediləcək. Eyni zamanda təkliflərin, konkret məsələlərin dövlət qurumları ilə birgə peşəkar müzakirəsi üçün İşçi Qrup yaradılması təklifi də müzakirə ediləcək.

Ə.Nuriyev Platormanın məqsədi, fəaliyyəti, prinsipləri ilə bağlı bəyanat layihəsini müzakirəyə təqdim edib. Platforma üzvlərinin təklifləri nəzərə alınmaqla Açıq Hökumətin Təşviqinə Dair Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının Bəyanatı qəbul olunub.

Bəyanatda qeyd olunur ki, Platformada birləşən QHT-lər Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsünün Azərbaycanda tətbiqinə ictimai nəzarətin gücləndirilməsinin vacib olduğunu bəyan edir və Platformaya Hökumətlə davamlı və səmərəli dialoq imkanı kimi baxır: “Hesab edirik ki, ölkədə vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinə dair hüquqi mühitin təkmilləşdirilməsinə və bu qurumların fəaliyyəti üzrə praktiki çətinliklərin aradan qaldırılmasına, dövlət orqanlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılmasına, habelə idarəetmədə ictimai iştirakçılığın və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsinə Platforma çərçivəsində hökumətlə uğurlu nəticələrə nail ola biləcəyik.

Bu Platforma üzrə səmərəli və pozitiv dialoq prosesində mandatları çərçivəsində ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar və diplomatik missiyaların iştirakına ümid edirik.

Bir daha bəyan edirik ki, Platformaya üzvlük açıqdır və onun fəaliyyəti demokratik prinsiplərə əsaslanır. Platforma, onu məqsədləri və fəaliyyət istiqamətləri ilə uyğunluq təşkil edən bütün yerli və xarici (beynəlxalq) təşkilatlarla əməkdaşlığa hazırdır”.

www.yenicag.az

588
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv