Yazı İçi 468×60

suda bogulan qizzÖtən gün Sumqayıt şəhərində yerləşən “TERM” idman kompleksində 1991-ci il təvəllüdlü Ülkər Muradova üzgüçülük hovuzunda boğularaq dünyasını dəyişib. İlkin ehtimala görə, hadisə nəzarətçilərin diqqətsizliyi üzündən baş verib.

“TERM” idman kompleksinin meneceri Elnur Hüseynov AzVision.az-a açıqlamasında bildirib ki, Ülkər Muradova professional üzgüçü olub.

Menecernin sözlərinə görə, dünyasını dəyişən xanımın ürəyində problem olub: “Ülkər xanım hər yay fəslində bizim kompleksə gəlirdi. Yəqin ki, xanımın ürəyində problem yaranıb. Çünki suda boğulan şəxs ən azından köməyə kimisə çağırar, qışqırardı. Bu hadisə boğulma olmadan baş verib. Hər gün olduğu kimi nəzarətçilər orada olub. Nəzarətçilər xəbər tutan kimi dərhal xanımı sudan çıxarıblar. İlki yardım göstərilib, süni nəfəs verilib. Daha sonra həkimlər gəlib. Ülkər xanım 3-4 ilə yaxındır ki, bizim idman kompleksində qeydiyyatda olub. Ülkər xanım professional üzgüçü olub”.

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 55
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."