Hüquq müdafiəçisi Müsavatdan istefa verdi

Hüquq müdafiəçisi Müsavatdan istefa verdi

Müəllif: Manager

Baş Redaktor

img1643834S.Kazımlının əmisi oğlu, tanınmış jurnalist Xalid Kazımlı isə onun Müsavat Partiyasından istefa verməsi barədə fikrini sosial mediada paylaşıb: “Müsavatdan istefa verən Samir Kazımlı mənim əmioğlum, hətta kiçik qardaşımdır. Onun istefasına dair məndən münasibət soruşan və soruşacaq jurnalist qardaşlara (eləcə də bacılara) demək istəyirəm ki, o, partiyadan istefa verib, mənim əmimoğluluğundan yox. Ona görə də bu məsələyə münasibəti Müsavat Partiyasından soruşmaq lazımdır. Samirin bu addımı niyə məhz indi, Müsavatın parlaq qurultayının başa çatdığı gün atmasına gəlincə, bunu da onun özündən soruşmaq olar. Bu qədər…”.

Samir Kazimli özü isə sözü gedən qərarını belə əsaslandırıb: “Mən bu qərarı özüm müstəqil şəkildə vermişəm və səbəblərini də bəyanatımda yazmışam. Bu haqda əlavə nəsə demək istəmirəm. Və qeyd edirəm ki, ictimai-siyasi fəaliyyətimlə bağlı qərarları verəndə çox vaxt heç kimlə məsləhət etmirəm, özüm müstəqil şəkildə qərar verirəm. Müsavata üzv olmaq haqda qərarımı verəndə Xalid Kazımlı ilə məsləhət etməmişdim. Çıxanda da məsləhətləşmədim. Amma mən indi də özümü MÜSAVATÇI hesab edirəm”. (azvision.az)

Siyasət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti