Yazı İçi 468×60

2fa9422400777f25dfa685d34b4fbc51“Xəzərin geri çəkilməsi təhlükəli vəziyyət yarada bilər”

“Xəzər dənizində suyun səviyyəsinin düşməsinin səbəbi küləklərin istiqamətinin tsikllərlə vaxtaşırı dəyişməsi, çaylarda suyun səviyyəsinin müxtəlif regionlarda qalxıb-düşməsi ilə bağlıdır”.

Bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Xəzər dənizində suyun səviyyəsinin düşməsinin səbəblərinə aydınlıq gətirərkən deyib.

Nazir bildirib ki, dənizdə suyun səviyyəsinin qalxması daha təhlükəlidir və bununla bağlı əvvəldən tədbirlər görülür: “Ötən əsrin 80-ci illərində Xəzərdə suyun səviyyəsi qalxmış, bunun nəticəsində müəyyən quru hissəsi suyun altında qalmış, hətta Bakı bulvarının xeyli hissəsi bataqlıqlaşmışdı”.

H. Bağırov qeyd edib ki, hazırda Xəzərin geri çəkilməsi də təhlükəli vəziyyət yarada bilər: “Amma bu hal ötən əsrin 80-ci illəri ilə müqayisədə daha təhlükəli və dramatik deyil”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 12
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."