yenicag.az
yenicag.az

Hüseyn Böyükfıratın Azərbaycan qadağasına rəsmi açıqlama

Hüseyn Böyükfıratın Azərbaycan qadağasına rəsmi açıqlama

Müəllif: Redaktor

Editor

XIN-768x576Xarici İşlər Nazirliyi (XİN) Bakıdakı “Böyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Böyükfıratın Azərbaycana girişinə qadağa qoyulması ilə bağlı məsələyə aydınlıq gətirib.

XİN Mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, XİN hər hansı xarici ölkə vətəndaşının Azərbaycana giriş-çıxışına icazə verib-verməməsi məsələsi ilə məşğul olmur. “XİN yalnız Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edənlərin və “qara siyahıya” salınan xarici vətəndaşlarının ölkəyə girişini məhdudlaşdırmaq hüququ var. Qaldı ki, sizin dediyiniz şəxslə bağlı məsələyə. Bu bizə deyil, bununla bağlı hüquq-mühafizə orqanlarına və digər qurumlara müracitə etməlisiniz. Bu Xİn-in səlahiyyətinə aid olmayan məsələdir”.

Qeyd edək ki, “Böyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Böyükfırat ölkəmizə gələrkən Hava Limanından geri qaytarılıb. H. Böyükfırat FETÖ işi ilə bağlı son günlər Türkiyədə bir sıra məhkəmə proseslərinə qatılan Hüseyn Böyükfırat həmin ifadələrində FETÖ-nun ən güclü dayaqlarının Azərbaycanda olduğunu dilə gətirib.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti