www.sinerjipro.net

SinerjiProWide
Reklam

Hərdən məndən soruşurlar ki, ikinci dəfə ərə gedəcəksən? Deyirəm yox, Cahangir artıq böyük oğlandır, neynirəm əri?! Hüseyn Dəryadan sonra həyatımı heç kimlə təsəvvür etmirəm. Oğlum da bunu istəmir.

Bu sözləri Yenicag.az-a açıqlamasında Dəryanın həyat yoldaşı Sona İbadova deyib:

“Onu hər an yanımda hiss edirəm. Tez-tez yuxuma girir. Hiss edirəm ki, onun ruhu hər zaman məni və oğlumu qoruyur. Bunun hər zaman şahidi olmuşam. Hüseynin Həcc ziyarətindən gətirdiyi möhür və təsbehi saxlayıram. Təsbehi talisman kimi avtomobilimdən asmışam. Bu günlərdə dəhşətli qəza keçirtdim, amma sağ qaldım. Hamı məəttəl qalmışdı ki, belə bir qəzadan necə sağ çıxmaq mümkündür? Bilirdim ki, məni Hüseynin ruhu xilas edib. O cismən yanımda yoxdur, amma ruhən hər zaman bir ailə olaraq qalırıq. Mən onu heç bir kişiyə dəyişmərəm. Onun ruhu Cahangiri də qoruyur”.

 

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2541
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.