İŞİD-ə hücumlar davam edir

İŞİD-ə hücumlar davam edir

Müəllif: Manager

Baş Redaktor

73271Amerika Birləşmiş Ştatları (ABŞ) silahlı qüvvələrinə məxsus təyyarələr İŞİD terror qruplaşmasının Suriyadakı mövqelərinə yeni aviazərbələr endirib.

İŞİD terror qruplaşmasının Suriyadakı mövqelərini hədəfə alan hərbi təyyarələr bu gecə də hücumlar həyata keçirib. Anti-İŞİD-çilər bu dəfə Suriyanın Təlabyad şəhərindəki terrorçuların yuxusunu qaçırıb.

Bölgəni qırıcı təyyarələrin bombardman etməsini görən və partlayış səsləri eşidən Türkiyə tərəfdəki əhali də narahatlıq keçirməyə başlayıb.

Qeyd edək ki, ötən gün ABŞ və İŞİD-ə qarşı koalisiyaya qoşulan bir neçə ölkəyə məxsus hərbi təyyarələr Kobani yaxınlığındakı İŞİD mövqelərini də hava hücumlarına məruz qoymuşdu. (anspress.com)

Siyasət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti