yenicag.az
yenicag.az

I Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək

I Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək

Müəllif: Redaktor

Editor

скачанные файлы (1)06 noyabr 2015-cı il tarixdə Sumqayıt Paralimpiya idman kompleksində Milli Paralimpiya Komitəsi və “Azercell” Telecom MMC-nin birgə təşkilatçılığı ilə respublikada ilk dəfə olaraq I UŞAQ PARALİMPİYA İDMAN OYUNLARI keçiriləcəkdir.

Oyunlarda respublikanın müxtəlif reqionlarından olan uşaq paralimpiyaçıları 4 idman növündə (cüdo, üzgüçülük, masaüstü tennis və boccia) öz güclərini sınayacaqlar. Ümumiyyətlə, bu yarışlara 50-dən cox sağlamlıq imkanları məhdud uşaqlar qatılacaqdır.

Qeyd edək ki, beynəlxalq təcrübədə ilk dəfə olaraq Milli Paralimpiya Komitəsi saglamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idmana cəlb olunmalarını öz himayəsinə götürərək, 2013-cü ilin sentyabr ayında Komitənin nəznində Uşaq Paralimpiya Komitəsi yaratmışdır. Bu komitənin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, saglamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir.

I UŞAQ PARALİMPİYA İDMAN OYUNLARI Sumqayıt Paralimpiya İdman Kompleksində səhər saat 11.00 da keçiriləcək.

Əlaqə nömrəsi: 0506474433; 0709447430

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti