yenicag.az
yenicag.az

İbad Hüseynov məsələsində kim haqlıdır? – Döyüşçülər danışır

İbad Hüseynov məsələsində kim haqlıdır? – Döyüşçülər danışır

Müəllif: Baş Redaktor

Baş Redaktor

1433442603_3Son zamanlar erməni terrorçusu Monte Melkonyanın gəbərməsi yenidən müzakirə mövzusudur. Belə ki, keçmiş döyüşçülərdən Tofiq Cəfərov erməni terrorçusunu başqa azərbaycanlı döyüşçülərin öldürdüyünü, lakin, İbad Hüseynovun öz adına çıxdığını bildirib.

Qarabağda Xocavənd rayon ərazisində batalyon komandiri olmuş Baxşeyiş Əsgərov isə hesab edir ki, T.Cəfərov haqsızdır: “Əvvəl musiqiçiliklə məşgul olan, daha sonra Agcabədidə polis işləyən, cəmi 20 gun Əmrallar kəndində fırlanan, indi özünü qazi adlandıran Tofiq Cəfərov kimdir ki, 19 yaşından igidliyi ilə əhli-Qarabağda məşhur olan İbad Hüseynov haqqında söz desin?”

Bu məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında hərbçi ekspert Üzeyir isə fərqli düşünür:

“ İbadın ətrafına toplaşan bəzi “psevdopatriotlar” var ki,  məni də onun təbliğatında iştiak etməyə dəvət etmişdilər.  Onların niyyətini başa düşüb o məsələyə qoşulmadım. İbada çox yaxın olan, hazırda Müdafiə Nazirliyində yüksək vəzifə tutan yoldaşına da dedim ki, ayıbdır, İbad özünü gözdən salmasın. Onun Azərbaycanda hardasa döyüşdüyünü başa düşürük və ona qiymət verə bilərik. Amma qardaş Türkiyədə onu milli qəhrəman kimi rəsmi şəxslərlə görüşdürmək, Azərbaycan adına yaraşmayan bir haldır. O bununla öz imicindən birdəfəlik xətt çəkə bilər. Tam səmimi deyirəm, bu yaxınlarda hörmət etdiyim yeni millət vəkillərindən biri də onun böyrünə düşüb, universitetlərin birində görüş keçirib. İbadın ağır təhqirlər yazan ətrafındakı adamları özlərini bir qədər yığışdırsalar yaxşı olar. Tofiq Cəfərovun açıqlamasından sonra  onların təhqiredici sözlərini oxudum, sadəcə xəcalət çəkdim ki, bu insanlar azərbaycanlıdırlar”.

ELÇİN

Manşet, Özəl, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti