!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İbrahim Tatlısəs qəzəbləndi: “Siz artıq axmaqlayırsız!”

!Reklam – Yazi

51609Müalicə almağa pulu qalmadığı üçün otellərini satışa çıxardığı deyilən İbrahim Tatlısəs yazılanları təkzib edib. ANS PRESS-in məlumatına görə, türk sənətçisi Türkiyə mətbuatında dərc olunan xəbərlərə əsəbi halda reaksiya bildirib:

“Siz artıq axmaqlayırsız, həqiqətən 13 milyon lirəyə bir yer varsa mən özüm satın alacaq. Siz ağlınızı itirmisiz, Bitezde elə bir yerin quru torpağını ala bilməzsiz. Yox bir, müalicə üçün satırammış… Sizin üzünüzdən ticarət də edə bilməyəcəm! Mən müalicə üçün heç bir şey satmıram, satmadan da həll edərəm. Allaha şükür, mən “bitdi” demədən, İbrahim Tatlısəs bitməz! Elə dostlarım var ki, bir telefonla belə həll edərəm. Nolur sizə, insanları ölmədən məzara qoyursuz? Ayıbdır! Satdırmadığınız bir yerim qalmadı, bitməz – tükənməz yerlərim varmış… Yenə söyləyirəm, mən bitdi demədən Tatlısəs bitməz!”

Türkiyə mətbuatı İbrahim Tatlısəsin müalicəsi üçün pul tapmadığını və otellərini satışa çıxardığını yazıb. Yazılanlara görə, Quşadasındakı otelini satan Tatlısəs, indi də Bodrumdakı otelini satışa çıxarıb. Guya sənətçi Bitezdəki 6500 kvadrat metrlik, 49 ədəd binadan ibarət oteli dəyərindən çox aşağı qiymətə, 13 milyon türk lirəsinə satır.

www.yenicag.az

725
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv