!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İbrahim Tatlısəsdən FETÖ ETİRAFI: “Vurulacağımı bilirdilər”

!Reklam – Yazi

458045Türkiyəli tanınmış müğənni İbrahim Tatlıses 5 il əvvəl məruz qaldığı silahlı hücumdan Fətullah Gülən camaatının öncədən xəbərdar olduğunu açıqlayıb.

Yenicag.az lent.az-a istinadən bildirir ki, Tatlısəs ona silahlı hücum edən Abdullah Uçmakın hadisədən bir neçə ay qabaq azadlığa çıxdığını deyib. O bildirib ki, A.Uçmak azadlığa çıxar-çıxmaz izlənilməyə başlanıb, telefonları dinlənilib: “Bu işi hazırda FETÖ-çü kimi axtarışda olan prokuror Cihan Kansız aparıb. Cihan Kansız və polis orqanlarında olan FETÖ-çülər A.Uçmakın mənə sui-qəsd hazırladığını öncədən biliblər. Onlar mənim hökumətə yaxın insan olduğumu, AKP-dən deputatlığa namizədliyimi verdiyimə görə bu silahlı insidentin qarşısını almayıblar”.

Qeyd edək ki, İbrahim Tatlısəsə 2011-ci ildə Abdullah Uçmak tərəfindən sui-qəsd edilmiş, sənətçi başından vurulmuşdu.

www.yenicag.az

586
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv