Yazı İçi 468×60

ibtidaiCənub bölgəsində (Lerik, Yardımlı, Astara, Masallı, Lənkəran) baş tutan müəllimlərin diaqnostik imtahanında 7426 nəfər iştirak edib. İmtahanda iştirak edən 2764 ibtidai sinif müəllimindən 269-u, 704 riyaziyyat müəllimindən isə 33 nəfəri tədris etdiyi fəndən 0 (sıfır) qiymət alıb. Ümimilikdə, 302 müəllim 0 bal toplamaqla, qiymətləndirmədən keçə bilməyib.

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyib ki, cənub bölgəsi üzrə diaqnostik qiymətləndimə ilə bağlı 0 bal alan müəllimlərin statistikası dəhşətlidir. Onun sözlərinə görə, bu ondan xəbər verir ki, həmin 302 müəllim universitetlərdə mükəmməl təhsil almayıblar:

Məlahət Mürşüdlü ile ilgili görsel sonucu“Ya da, ümumiyyətlə təhsil almayıblar. Bu fakt özü bir araşdırma mövzusudur. 4-5 il ali təhsil alasan, müəllim diplomu əldə edəsən, sonda da diaqnostik qiymətləndirmədən 0 bal toplayasan. Hesab edirəm ki, bu qeyri-mümkündür. Düşünürəm ki, onların təhsilində neqativ hallar baş verib ki, müəllim də bu qədər aşağı qiymət alıb. Xüsusən də 0 bal toplayanların böyük hissəsi ibtidai sinif müəllimləridir. Bilirsiniz ki, ibtidai təhsil ümumilikdə təhsilin bünövrəsidir. Təsəvvür edin ki, 300 sinifdə ibtidai təhsil alan şagirdlərin bünövrəsi laxlayıb və onların böyük siniflərdə necə təhsil alacağı təhlükə altındadır. Fikrimcə, mövcud faktı Təhsil Nazirliyi araşdırmalıdır, üstündən ötüb keçməməlidir. Hansı inzibati tədbirlər görüləcəyini deyə bilmərəm. Amma bal toplamayan müəllimlərin tədrisi davam etdirməsi qeyri-mümkündür”.

M.Mürşüdlü əlavə edib ki, Bakıdakı müəllimlər arasında keçirilən diaqnostik qiymətləndirmə zamanı az bal toplayan müəllimlərə pulsuz kurslar təşkil edilib: “Düşünürəm ki, cənub bölgəsi müəllimləri üçün də belə bir kurslar təşkil olunmalıdır”.

Təhsil üzrə ekspert Kamran Əsədov da həmkarı ilə eyni fikirdədir:

Kamran Əsədov ile ilgili görsel sonucu“Təhsil nazirliyi tərəfindən təsdiq olunmuş qiymətləndirmə meyarlarına görə 0-10 bal toplayan müəllim hansı qiyməti almalıdır ki? Əlbəttə ki, qeyri-kafi. Bu da 0 bal deməkdir. Qiymətləndirmənin əsasları ilə baxsaq, ortaya gülməli bir nəticə çıxacaq. Biz şagird qiymətləndirməsi ilə müqayisə etsək görərik ki, şagirdlər müəllimlərindən çox bilir.

Özünün 10 fazilik savadı olmayan müəllim, şagirdə necə bilik verə bilər? Təhsilin inkişafını mənim qədər çətin ki, istəyən olsun.

Əlbəttə ki, təmənnasız olaraq bunun üçün əlimdən gələni etmişəm, edirəm və edəcəm də. Təki bizim müəllimlərin biliyi, savadı, peşəkarlığı həmişə yüksək olsun”.

 

BƏXTİYAR                                                                                                                                                                     Gülnarə Eynullaqızı

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 13
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."