!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İçərişəhərdə ən ucuz xalça 10, ən bahalı xalça isə 8000 manatdır – Reportaj+FOTOLAR

!Reklam – Yazi

Azərbaycanın tətbiqi sənəti və xalçaçılıq xalqımızın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri öz əsərlərində məlumat veriblər.

Bizim eranın III-VII əsrlərində Sasanilər dövründə Azərbaycanda xalça sənəti daha da inkişaf edir, ipəkdən, qızılı, gümüşü saplardan nəfis xalçalar toxunur. Orta əsrlərdə bu saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi. Baha başa gəldiyindən əsasən, feodallar üçün toxunulan bu cür xalçalar “zərbaf” adlanırdı. XVI əsrdə Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinson Şamaxıda Abdulla xanın yay iqamətgahındakı qızılı, gümüşü saplarla toxunulmuş xalça haqqında məlumat verib.

Xalçaların tarixindən söhbət açıdığımız üçün bu dəfə İçərişəhər ərazisində yerləşən qədim xalçaların satıldığı dükanların birinə yollandıq. Dükana girən kimi rəngarəng və qeyri-adi naxışlarla bəzədilmiş xalçalar gözlərimiz qamaşdırdı. Bir neçə dəqiqə dükanın içində müxtəlif toxunuşlu xalçalara baxdıq. Hər xalçada özünəməxsus gözəllik vardı. Hətta xalçaların naxışları o qədər gözəl idi ki, sanki adamla söhbət edirdi… Adama elə gəlirdi ki, hər xalça bəzədilmiş nağlı haqda danışır.

Xalçalardan fikrimizi yayındırıb, satıcı ilə həmsöhbət olmağa başladıq.

Dükanda 2 satıcı var idi. Bəlkə də xalçaların sahibləri idi, nə bilək… Onlardan biri az da olsa məlumat verməyə cəhd edirdi. O biri isə danışmaq istəmədiklərini deyir və yanındakına imkan vermirdi ki, bizə məlumat versin:

-Biz heç bir məlumat verə bilmərik. Müdriyyət bizə qadağan edib, çünki bir dəfə problem yaşamışıq.

Bu sözləri deyən satıcıya qəfildən zəng gəlir. İlk zəngə cavab verməyib söndürü və çalışır ki, mənimlə həmsöhbət olan oğlanın fikrini yayındırsın. Amma cəhdi boşa çıxır, zəng edən şəxs kimdirsə, əl çəkmir, yenə zəng edir. Satıcı isə dilinin altında deyinə-deyinə məcbur qalıb zəngə cavab verir və danışa-danışa çölə çıxır.

Mənsə o gələnə qədər oğlanı sorğu-suala tuturam:

– Bu qədər xalçanı haradan alırsınız?

– Biz heç haradan xalça almırıq (gülümsünür-red). Özümüzün seximiz var orada toxutdurub satırıq.

– Ən ucuz xalçanız neçəyədir?

– Ən ucuz xalçamız o qırağda gördüyünüzdür (şəhadət barmağı ilə göstərir- red). Onu qiyməti 10 manatdır.

– Bəs ən bahalı xalçanız hansıdır, qiyməti nədir?

– Ən bahalı xalçamızın qiyməti 100 manatdır (gülür və zarafat etdiyini deyir). Bahalı xalça 6-8 min manat arasıdır.

– Niyə elə baha?

-Çünki ipəkdən toxunur.

– Satdığınız hər xalçanın naxışından məlumatınız var? Məsələn, hansısa turist sizdən soruşsa ki, bu xalçadakı bəzək nəyi əks etdirir özündə, nə cavab verəcəksiniz?

– Mən hər xalçanın naxışını sizə desəm axşam olar ki. Açığı, düzünü desəm, elə də məlumatım yoxdu (gülümsünür və üzünü xalçalara tərəf tutur- red)

Oğlan mənimlə danışa-danışa qapıya boylanır. Bir gözü qapıdadır, elə bil qorxur ki, o biri oğlan gələr və bu danışa bilməz.

– Soruşuram ki, xalçalarınız ən çox turistlər alır, yoxsa?

-Əksinə xalçalarımız bizimkilər çox alır. Turistlərin çoxu gəlib xalçalarımızın şəklini çəkir, təəccüblə çox bəyəndiklərini deyib gedirlər. Turistlər ancaq şəkil kolleksiyası yığır. A balam, xalçaynan da şəkil çəkdirərlər (gülür-red).

Bu danışır mənimsə gözüm dükanı gəzir. Diqqətimi dükanda olan araxçın papaqlar çəkir və onun qiymətini soruşuram:

– Araxçınlar neçəyədir?

– Araxçınlar 6 manatdır. Elə turistlərin ən çox aldığı araxçındır. Hələ siz onları tələsik başlarına qoyub dükanda şəkil çəkdirdiklərini görməmisiniz. Milli papaqların qiyməti 20 manatdır (çoban papağı – red). Baxın o gördüyünüz başmaq var ee (göstərir-red), onların qiyməti 30 manatdır. Onlar amma elə də satılmır, xalçalar kimi onların da şəkillərini çəkirlər. Onu da deyim ki, dükanımızda gördüyünüz hər şey əl işidir öz seximizdə düzəlir. Yalnız maqnitlər kitayskidir (deyir və gülür- red).

Söhbətin şirin yerində o biri oğlan telefon danışığını bitirir və dükana girir. Mənimlə söhbət edən isə tez üzünü papaqlara tərəf çevirir, bayaqdan elə bil danışan bu deyildi. Bir anlıq sakitçilik hökm sürdüyü üçün biz də dükanı tərk edirik…

 

Gülnarə Eynullaqızı
Yeniçağ.Az

www.yenicag.az

9252
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv