www.sinerjipro.net

SinerjiProWide
Reklam

428511_470985Gədəbəy rayonunda fəaliyyət göstərən “Gədəbəy Mineral Suları” fabrikinin məhsullarının qiyməti qaldırılıb.

Artıq Bakı şəhərindəki mağazalarda 19 litrlik balonlarda satılan “Slavyanka 1″ markalı təbii bulaq suyunun qiyməti 50 qəpik bahalaşaraq 4 manat olub. Əvvəl bu məhsul 3 manat 50 qəpiyə satılırdı.

Mağazalardan birinin satıcısı bildirib ki, məhsulun istehsalçısı “Gədəbəy Mineral Suları” MMC-də qiymət artımının səbəbini istehsal xərclərinin artması ilə əsaslandırırlar.

Xatırladaq ki, “Slavyanka” sularının mənbəyi Gədəbəyin Slavyanka kəndində yerləşən “Novlu” bulağıdır. “Gədəbəy Mineral Suları” fabriki isə 2010-cu ildə Gədəbəy rayonunun Zəhmət kəndində istifadəyə verilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 89
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."