www.sinerjipro.net

SinerjiProWide
Reklam

vvvvcgfhVaqif Abdullayev Azil Aslanovu niyə təhqir edib?

Beyləqan rayonunda inanılmaz hadisə baş verib.

Aprelin 22-də Beyləqan şəhər 2 sayl uşaq baxçasının açılışı zamanı rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev müəllim və valideyinlərin gözü qarşısında şəhər icra nümayandəsi Azil Aslanovu və 2 saylı Uşaq baxçasının təmir edən Mirdamət-2008 MMC- nin sahibi Atamaoğlan adlı şəxsi təhqir edərək qovub.

İcra baçısının MMC rəhbərini və icra nümayəndəsinə acıqlanmasının səbəbi isə ondan ibarətdir ki, uşaq baxçasına alınan pianoun üstündə erməni dilində yazının olmasıdır. Məlumat verən mənbəmiz bildirir ki, uşaq baxçasına alınan piano Ermənistan istehsalı olub və Gürcüstan Respubilkasından alınaraq gətirilib. Ancaq pianonu alan Mirdamət-2008 MMC-nin rəhbəri Atamoğlan müəllim və təhvi alan şəhər icra nümayəndəsi Azil Aslanov səhlənkarlıq edərək erməni dilindəki yazını ləvğ etməyiblər.

Məhz açılış günü icra başçısı Vaqif Abdullayev baxça ilə tanış olduğu zaman pianoya yaxınlaşıb və erməni dilindəki yazını oxuduqdan sonra icra nümayəndəsinə, Mirdamət-2008 MMC nin rəhbərinə ciddi şəkildə əsəbləşərək belə bir biabırçılığa yol verdiklərinə görə onları hər kəsin qarşısında təhqir edib. Həttda Vaqif Abdullayevin əsəbləşməsindən qorxan MMC rəhbəri qaçmaq istəyəndə icra başçısı pianoun üst qapağını onun arxasınca atıb.Məlumata görə açılışda iştirak edən icra başçısı açılışa gələrkən sərxoş olub. İcra başçısının bıabırçı söyüşlərini eşidən müəllim və valideynlər başçanı tez bir zamanda tərk ediblər. Mənbəmizin sözlərinə görə Vaqif Abdullayev bundan sonra da Azil Aslanovu və Atamoğlan müəllimi təhqir etməkdə davam edib. Müavinlərinin və sürücüsünün təkidlərinə baxmayaraq sərxoş olan icra başçısı icra hakimiyyətində də hər iki şəxsi söyüşlərə qonaq edib(azerinfo.org).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 55
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."